Hərbi Prokurorluqda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib

post-img

Mayın 3-də Hərbi Prokurorluqda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Mərasimdə çıxış edən Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-ley­tenantı Xanlar Vəliyev qəlbi daim Vətən eşqi ilə döyünən müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolun­dan, o cümlədən, demokratik, hüquqi dövlət quruculuğundakı misilsiz xidmətlərindən və dün­ya siyasətinə verdiyi töhfələr­dən danışıb.

Hərbi prokuror Xanlar Və­liyev bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələ­cəyinə həsr etmiş ümummilli lider dövlətçiliyin ideoloji-siya­si əsaslarını yaradıb, vətən­daş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təh­lükəsinin qarşısı qətiyyətlə alıb, respublikamız siyasi böh­randan xilas edib, sürətli inki­şaf yoluna çıxarıb.

Son xəbərlər