Yeni nəsillərə “Mən azərbaycanlıyam” örnəyi

post-img

Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ədəbi-musiqili tədbir keçirilib. “Mən azərbaycanlıyam” adlı tədbirdə Azərbaycan Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri və Bakı məktəbliləri iştirak edirdi.

Muzeyin “Məktəblərlə və ic­timaiyyətlə iş” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu tədbiri giriş sözü ilə açaraq Heydər Əliyev fenomeni, ulu öndərin sarsıl­maz mübarizəsi, genişmiqyaslı fəaliyyəti haqqında danışıb. O, qeyd edib ki, vaxtilə ümummilli liderə ünvanlanmış iyirmi bir sual və onlara verilmiş cavab­lar böyük ürək, dərin zəka və qətiyyətli addımları ilə tanınan Heydər Əliyevin mənəviyyat, zövq dünyasını üzə çıxaran səmimi bir dialoqdur.

Qeyd olunan fikirlərin təs­diqi kimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anları­nı əks etdirən videorolik nüma­yiş etdirildi.

Daha sonra söz məktəb­lilərə, gənc istedadlara verilib. Bakı şəhəri üzrə yeddi məktəb və Musiqi Kolleci tələbələri­nin iştirak etdiyi ədəbi-musiqili tədbirdə C.Məmmədquluzadə, M.Ə.Sabir, H.Cavid, S.Vurğun, M.Şəhriyar, M.Dilbazi, L.Əliye­va, R.Hüseynov, R.Yusifoğlu və digər yazıçı-şairlərin yara­dıcılığından nümunələr və mu­siqi ifaları səsləndi.

Sonda iştirakçılar tədbirin layihə rəhbəri, Muzeyin Həm­karlar Təşkilatının sədri Cey­ran Qənbərli tərəfindən sertifi­katlarla təltif olundular.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”



Sosial həyat