“Heydər zirvəsi”nə yürüş

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı ulu öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən AZƏRTAC-a bil­dirilib ki, yürüş iştirakçıları relyef və iqlim şəraitinin sərt və mürəkkəb olma­sına baxmayaraq, müəyyən olunmuş yerə vaxtında çatıb, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anıblar. On­lar Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq, Dövlət Təhlükə­sizliyi Xidmətinin adı və emblemi olan plakatı, həmçinin işğaldan azad olun­muş ərazilərdəki təbii yataqlardan gö­türülən qaya parçasından hazırlanmış və üzərində ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü əks etdirən xatirə daş lövhəsini zirvəyə yerləşdiriblər.



Sosial həyat