Ana və uşaqlara sağlam dünya!

post-img

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mama-ginekologiya, reproduktiv sağlamlıq və qadın sağlamlığı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans Səhiyyə Nazirliyi, Azərbay­can Tibb Universiteti, Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək As­sosiasiyası, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və BMT-nin Əha­li Fondunun birgə təşkilatçılığı ilə təşkil edilib. 

Respublikamızın müxtəlif bölgələ­rindən və xarici ölkələrdən 150-dən çox mütəxəssisin, tələbə və həkim-rezident­lərin iştirak etdikləri konfrans mamalıq və ginekologiya sahəsinə dair aktual məsələlərin müzakirəsi ilə yadda qalıb. 

ET MGİ-nin direktoru Cəmilə Qur­banova ölkəmizin ictimai həyatının digər sahələrində olduğu kimi, ana və uşaq sağlamlığı ilə bağlı da həyata keçirilən islahatlar, inkişaf və tərəqqinin Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğula­yıb. 

Beynəlxalq konfransda reproduktiv dövrdə endometrium xərçənginə yanaş­ma, antenatal qulluğun müasir aspektləri və digər mövzularla bağlı yerli və xarici mütəxəssislərin məruzələri dinlənilib.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat