Yer kürəsini hansı təhlükə gözləyir?

post-img

NASA-nın “Çandra” kosmik teleskopu Yer kürəsinə yaxın planetlərdə kütləvi məhvə səbəb ola biləcək fövqəlmüəmmalar aşkar edib. 

Bununla bağlı “The Astrop­hysical Journal”da alimlərin təh­lükə ilə bağlı araşdırmaları dərc edilib. Tədqiqatın müəllifləri bizə yaxın planetlərdə həyat üçün yeni təhlükəni müəyyən ediblər. Ulduz partlayışları zamanı yayı­lan şüaların yüz işıq ilindən çox uzaqda olan planetlərə təsir edə biləcəyi məlum olub. 

Müəmmalı təhlükənin mənbəyi part­layan ulduzları əhatə edən qazın sıx­lığından yaranan dalğalardır. Belə bir təsir zamanı əhəmiyyətli miqdarda güc­lənən rentgen şüaları onilliklərlə davam edə biləcək partlayışdan sonra aylar və ya illər ərzində Yerəbənzər planetləri əhatə edə bilər. Belə intensiv şüalan­manın ardınca yaxınlıqdakı planetlərin kütləvi məhvi baş verə bilər. Tədqiqat sadaladığımız teleskopların rentgen müşahidələrinə əsaslanır. 

Təhlillər göstərir ki, hətta, təxminən, 160 işıq ili uzaqlığındakı planetlərin də ölümcül dozada radiasiyaya məruz qalması mümkündür. Təhlükəli şüalar planetin atmosferinin kimyəvi tərkibini kəskin şəkildə dəyişə bilər. Yerəbənzər planetlərdə ulduzların ultrabənövşəyi şüalanmasından qoruyan ozon təbəqə­sinin böyük hissəsinin zədələnməsi gözlənilir. 

Bütün bu təsirlərdən sonra səmada bir növ tünd dumana səbəb olan böyük miqdarda azot dioksidi əmələ gələ bilər. 

Alimlər qeyd edirlər ki, 2-8 milyon il əvvəl Yerdən 65-500 işıq ili uzaqlıq­da təhlükənin meydana gəldiyinə dair əsaslı sübutlar var. 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Sosial həyat