Hava haqqında

post-img

Aprelin 28-də 

Bakıda və Abşeron yarımadasın­da dəyişkən buludlu olacağı, arabir tutula­cağı, əsasən yağmursuz keçəcəyi gözlə­nilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Gecə 11-15°, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordu­bad, Sədərək, Şahbuz və Şərur rayonla­rında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 8-13°, gündüz 22-27° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xo­cavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtima­lı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-10°, gündüz 12- 17°, bəzi yerlərdə 20°-dək isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbə­cər, Qubadlı, Laçın, Zəngilan rayonla­rında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı ola­cağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsə­cək. Gecə 5-10°, gündüz 12-17°, bəzi yer­lərdə 20-23° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmur­suz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 10-15°, gündüz 23-28° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingə­çevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 8-13°, gündüz 22-27°, dağlarda gecə 4-9°, gündüz 13-18° isti olacaq. 

Yevlax, Göyçay, Ağdaş, Kür­dəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala ra­yonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 11-16°, gündüz 24-29° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkə­ran, Astara, Cəlilabad rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gün­düz bəzi dağlıq ərazilərdə arabir yağış ya­ğacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 10-15°, gündüz 22-27°, dağlarda gecə 10-13°, gündüz 15-20° isti olacaq. 

 

Ekologiya