Sağlamlıq guşəsi

post-img

Unutqanlığı necə unudaq? 

Bir çox hallarda biz öz sosial şə­bəkəmizin parollarını, marketə ge­dərkən alacağımız məhsulların siya­hısını və hətta dost-tanışın adlarını unuduruq. Telefonla danışa-danışa te­lefonumuzu axtarırıq... 

Mütəxəssislər bildirirlər ki, yadda­şımız daha çox yemək balansımızdan asılıdır. Deməli, beynin fəaliyyəti həm də gündəlik qidalanmaya nə qədər düzgün yanaşmağımızdan asılıdır. 

Yaddaşı möhkəmləndirən qidalar 

Ağ göbələk yaşlanma prosesini lən­gidən antioksidant anbardır. Bu mikroele­mentlər demensiya və Alzheimer xəstəliyi riskini azaldır. Nəticədə yaddaş itkisinin qarşısı alınır. Bəzi göbələk növləri hətta sinir əlaqələrini bərpa edə və beyin funk­siyasını yaxşılaşdıra bilər. 

Tünd şokoladın tərkibində beyin ya­rımkürələrinin işini aktivləşdirən, koqnitiv qabiliyyətlərin azalmasının qarşısını alan kakao flavonoidləri var. 

Darçının təsiri də şokoladınkına bən­zəyir, həmçinin bu təsir, tərəvəz və mey­vələrin istifadəsi ilə əldə edilə bilər. 

Ünsiyyətin rolu böyükdür. Çoxsaylı araşdırmaların nəticələri göstərib ki, bey­nin fəaliyyəti ünsiyyətdən asılıdır. Başqa insanlarla dostluq və təmas xoşbəxt və dolğun həyatın əsas komponentidir. 

Həyat şəraiti beyin fəaliyyətinin sax­lanmasında mühüm rol oynayır. Məsələn, təmiz havada az olmaq bir çox arzuolun­maz dəyişikliklərə səbəb ola bilər. Günəş işığından aldığımız vitamin çatışmazlığın­dan hər hansı bir məlumatı öyrənmək və qavramaq qabiliyyətimiz azalır. 

Bəzən unuduruq ki, beynin də müntəzəm məşqə ehtiyacı var. Bunun üçün krossvordlar etmək, kitab oxumaq və ya stolüstü oyunlar oynamaq yetərlidir. 

Geriyə doğru gəzməklə yaddaşı qey­ri-adi şəkildə inkişaf etdirmək olar. İngi­lis psixoloqlarının fikrincə, kosmosda bu hərəkət keçmiş hadisələri xatırlamağa imkan verir. Hesab edilir ki, bu yolla beyni­mizə yaddaşımızın dərinliklərində olan mə­lumatların şifrəsini açmağa kömək edirik. 

Tərəvəz – nə qədər? 

Mütəxəssislərin fikrincə, nə qədər ən qısa zamanda hər gün tərəvəz yeməyə başlasaq, faydasını da o qədər çox görə­rik. Çünki məhz tərəvəzlər qidalanmada çox mühüm rol oynayır, çünki lif düzgün metabolizm üçün çox vacibdir. Diyetoloq­ların fikrincə, lif mədə-bağırsaq traktının təmizləyicisi rolunu oynayır. İnsan hər gün azı 600 qram tərəvəz yeməlidir. 

Gündəlik tərəvəz yeməyə 3 əsas sə­bəb var: 1. Tərəvəzlər sağlamlığı qoru­mağa kömək edən vitamin və minerallarla zəngindir. Onların tərkibində C vitamini, karotinlər, kalium, maqnezium və orqaniz­min düzgün işləməsi üçün vacib qida mad­dələri var. 2. Tərəvəz çəkini qaydasında saxlamağa kömək edir. Həmçinin piylən­mə və əlaqəli xəstəliklər riskini yetərincə azaldır. 3. Tərəvəz immunitet sistemini gücləndirir. Çünki immun sistemini güc­ləndirməyə və infeksiya riskini azaltmağa kömək edən C vitamini ilə zəngindir. 

Qızdırıb yeyəsiniz... 

Bəzi qidalar dəfələrlə qızdırıldıqda tər­kibində insan orqanizmi üçün zərərli olan kimyəvi birləşmələr yaranır. Çoxumuz bu qidalardan xəbərsizik. Həkimlər təkrar qızdırıldıqda insan həyatına təhlükə yara­dan qidaların siyahısını hazırlayıblar. 

Çuğundur bu siyahıda birinci gəlir. Bu tərəvəz insan orqanizmi üçün xeyirli olsa da, qızdırılanda zəhərli maddəyə çevrilir. 

Kartofu təkrar qızdıranda onun tər­kibində olan nişasta tərkibini dəyişir və zərərli maddəyə çevrilir. Hətta həkimlər axşamdan qalan qızardılmış kartofu so­yuq yeməyi məsləhət görürlər. 

Yumurta da təkrar qızdırılan zaman zərərli qidaya çevrilənlər siyahısındadır. Yumurtanı bişirən kimi yemək məsləhət görülür. 

Toyuq əti və göbələyi də təkrar isit­mək olmaz. Bu qidaları da qızdıran za­man tərkibini dəyişir. 

10 məlhəm qida 

1. Çuğundur. 

2. Düyü. 

3. Toyuq. 

4. Göbələk. 

5. Kartof. 

6. Kərəvüz. 

7. İspanaq. 

8. Kök. 

9.Yumurta. 

10. Ana südü. 

Səhhətinizin qeydinə qalırsınızsa, yaxud can sağlığınız sizin üçün önəm­lidirsə, yeməyi hazırlanan vaxtda yeyin. Üstündən saatlar, yaxud gün keçərsə, yediyinizin xeyrini yox, zərərini görərsiniz. 

 

Z.HÜSEYNOVA, “Xalq qəzeti”



Sosial həyat