NASA yerdə Mars mühiti yaradır

post-img

NASA rəsmiləri Mars missiyalarını simulyasiya etmək üçün “qırmızı planet”ə bənzər yaşayış mühiti yaratmaq qərarına gəliblər. Onlar Marsın yaşayış mühitinin dörd kiçik otaq, idman zalı və yerə döşənəcək qırmızı qum ilə yaradılacağını, könüllülərin bu mühitdə bir il yaşayacağını, beləliklə də gələcəkdəki Mars missiyalarının necə olacağının araşdırılacağını açıqlayıblar. 

Qeyd olunub ki, “Crew Health and Performance Exploration Ana­log” (CHAPEA) adlı üç ayrı eks­periment NASA-nın ABŞ-ın Texas ştatındakı Hyuston obyektlərində apa­rılacaq. Təcrübələrdə insanların uzun müddət təcrid olunmaya qarşı dözüm­lülüyünün daha yaxşı başa düşülməsi üçün subyektlərin fiziki və ruhi sağlam­lığının izləniləcəyi bildirilib. 

Tədqiqatçılar həmçinin mütəmadi olaraq sudan istifadənin məhdudlaşdı­rılması və ya avadanlıqların nasazlığı kimi stresli vəziyyətlərə subyektlərin reaksiyasını sınaqdan keçirəcəklər. Bu yay başlaması planlaşdırılan ilk sı­naqda dörd könüllünün iştirak edəcəyi açıqlanıb. 

“Xalq qəzeti”

Son xəbərlər