Avtonom müharibə nədir?

post-img

Pentaqonun Müdafiə üzrə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi (DARPA) “avtonom müharibə planlaşdırma sistemi” hazırlamaq üçün “BAE Systems” şirkəti ilə müqavilə imzaladığını açıqlayıb. 

Avtonom müharibə planlaş­dırma sistemi heç bir insan mü­daxiləsinə ehtiyac olmadan hə­dəfləri seçmək və hücum etmək üçün robotlar, Süni Zəka (SZ) və robot texnologiyasından istifadə edən yüksək texnologiyalı sis­temdir. 

Verilən məlumata görə, DAR­PA və “BAE Systems” arasında başladılan proqram bu məqsədə uyğun olaraq maşınla yaradılan döyüş strategiyalarını inkişaf etdirməyi hədəfləyir. “BAE Systems”dən verilən məlumata görə, üç illik iş proqramı müəyyən edilən layihənin ilk iki mər­hələsi maşın öyrənmə sistemi üzərində həyata keçiriləcək. 

“Xalq qəzeti”

Sosial həyat