“Azərsu” Açıq Səhmdar Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR

post-img

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Neftçala rayonunun 11 və Salyan rayonunun 6 yaşayış məntəqəsinin içməli su təchizatının yaxşılaşdırılması” işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağı­dakı məbləğdə iştirak haqqını göstərilən he­saba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvan­da yerləşən “Azərsu” ASC-nin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbə­sindən (əlaqələndirici şəxs – Abışev Murad Çingiz oğlundan, telefon – + 99 412 431 47 67/87 – daxili 1087 E-mail: [email protected] və Musayev Məmmədyar Ağa oğ­lundan, telefon- + 99 412 431 47 67 – daxili 2288, E-mail: mammadyar.musayev@azer­su.az) ala bilərlər.

İşlərin qısa təsviri - su şəbəkəsinin tikinti­si və digər əlaqədar işlər.

Tenderdə iştirak haqqı 500,00 (beş yüz) manatdır. 

İştirak haqqı heç bir halda geri qaytarıl­mır.

Təşkilat- “Azərsu” Açıq Səhmdar Cəmiy­yəti

VÖEN- 9900001751

Bank- “Kapital Bank” ASC-nin 1 saylı Nə­simi filialı

Kod- 200112

VÖEN- 9900003611

Yerli valyutada hesab nömrəsi AZ65AIIB33070019441100216111 

Xarici valyutada hesab nömrəsi AZ55AIIB33170018401100216111 

M/h- AZ­37NABZ01350100000000001944

SWIFT AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

Tenderdə iştirak etmək üçün ərizə.

İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır). 

Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müd­dəti tender təklifinin qüvvədə olma müddətin­dən 30 bank günü çox olmalıdır). 

Tender iştirakçılarının tam adı, nizam­naməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri.

Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstəril­məklə məlumatlar (əlavə №19).

Malgöndərənin (podratçının) son bir ildə­ki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyə­ti barədə bank tərəfindən verilmiş arayış.

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetiril­məsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müd­dət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yeti­rilməməsi hallarının mövcud olmaması barə­də arayış.

İddiaçının satınalma müqaviləsini bağla­maq səlahiyyətinin olması (şəxsin səlahiy­yətli olması barədə əmr təqdim edilməlidir). 

Öz əmlakından sərbəst və məhdudiy­yətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış.

Müflis elan olunmaması, əmlakı üzə­rinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs ol­maması barədə arayış (ədliyyə nazirliyindən alınmış müvafiq arayış).

Satınalma prosedurlarının başlanmasın­dan əvvəlki 5 il ərzində özlərinin, habelə işlə­rini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yan­lış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müva­fiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış. 

Azərbaycan Respublikasının dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdır­ma işlərinin yerinə yetirilməsi üçün verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin si­yahısı.

Malgöndərənin (podratçının) son bir ildə­ki fəaliyyəti haqqında vergi orqanları tərəfin­dən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elekt­ron sənədin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir). 

Mühasibat balansları, mənfəət və zərər haqqında hesabat.

Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa).

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, eti­barlılığının olması (son beş il üçün ( 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 10 milyon manatdan az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsas­lanmalıdır) baş podratçı kimi ən azı iki sifari­şi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər, son beş il ( 2018-ci il yanvarın 1-dən 2022-ci il dekab­rın 31-dək) ərzində ən azı 8 milyon manat dövriyyə tələb olunur və TMV-nin 1.6-cı bən­dində tələb olunan digər tələblər. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bəndində tələb olunan sənədlər ən azı bir müəssisə tərəfindən təq­dim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tər­cümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanu­nunun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 5 iyun 2023-cü il saat 16.00-a, tender təklifi və bank təmina­tını isə möhürlənmiş ikiqat zərfdə 14 iyun 2023-cü il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yer­ləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Ten­der iştirakçılarının təklifləri Bakı şəhəri, Mos­kva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 16 iyun 2023-cü il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nü­mayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan