Açıq havada “oxu günü”

post-img

Lənkəran şəhər Heydər Əliyev adına Mərkəzi Parkda açıq havada “Oxu günü” təşkil olunub. 

“Heydər Əliyev İli” çərçivəsində baş tutan tədbir Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, Lənkəran–As­tara Regional Təhsil İdarəsi, Lənkə­ran Regional Mədəniyyət İdarəsi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi­nin birgə təşkilatçılığı ilə keçirilib. “Açıq kitabxana” adlı "Oxu günü"nün keçiril­məsi uşaq və gənclərin elmə, təhsilə və kitaba olan marağının artırılması və dünyagörüşünün inkişaf etdirilməsi məqsədini daşıyıb.

Lənkəran Şəhər İcra Hakimiyyə­tinin başçısı Taleh Qaraşovun da iş­tirak etdiyi sərgidə Lənkəran rayonu üzrə bir sıra orta məktəblərin şagirdləri ümummilli liderə həsr olunan şeirlər səsləndirib, dahi şair və yazıçılarımı­zın məşhur əsərlərindəki obrazları canlandırıblar.

Ə.ƏLİYEV, “Xalq qəzeti”

Sosial həyat