Qocalmanın qarşısı alınacaq

post-img

Elə məhsullar var ki, orqanizmin qocalmasının qarşısını almaqla yanaşı, insanın gənclik və gözəlliklərini qoru­yur. Pəhriz həkimlərinin fikrincə, nəinki ən çox yeyilən alma, hətta digər məh­sullar bu prosesdə böyük rol oynayır. Alma vitamin və antioksidantlarla ya­naşı, liflə də zəngindir ki, bunlar da qo­calmanı ləngidən maddələrdir. 

Liflə zəngin, fermentləşdirilmiş qidalar bir sıra xəstəliklərin inkişafı riskini azalda bilər. Ən əsas bağırsaqlara qulluq edil­məlidir. Mikroflorada zərərli bakteriyalar, iltihab olmamalıdır. İmmunitet sisteminin işi və bütövlükdə orqanizmin vəziyyəti bundan asılıdır. Buna faydalı vitaminlər və liflə zəngin olan təzə tərəvəz və meyvələ­rin nisbətini artırmaqla nail olmaq olar. Araşdırmalar göstərib ki, qida rasionuna gündə 25 qram lif daxil edilsə ürək-damar xəstəlikləri, diabet və kolon xərçəngi riski 30 faiz azalar.

Bundan əlavə, fermentasiya yolu ilə əldə edilən məhsullar – duzlu kələm, turş alma, qarpız və digər turşular gəncliyin qorunması üçün faydalıdır.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat