İnsanların gündəlik həyat tərzindən asılı olmayaraq, bəzi qəlyanaltılar orqanizm üçün faydalı ola bilər. Hər gün 3 faydalı qidanı yesəniz, orqanizmə xeyrini görərsiniz.
İmmun sistemini normallaşdıran qidalar hansılardır?
Kökdə A, C, D vitaminləri var. Bundan başqa, digər faydalı elementlər də çoxdur: yod, dəmir, kalsium, karoten. Tərkibindəki yüksək su sayəsində yerkökü bədəndə maye balansını bərpa etməyə kömək edir və tərəvəzin müntəzəm istifadəsi sızanaqlarla mübarizə aparır, görmə qabiliyyətini yaxşılaşdırır və saçları gücləndirir.
Alma yesəniz, insult riskini 20 faiz azaltmaqla yanaşı, bir çox xərçəng növlərinin inkişafının da qarşısını almış olarsınız. Meyvə həm də qaraciyəri təmizləməyə kömək edir və öd kisəsində daş əmələ gəlməsinin qarşısını alır.
Qozun əsas üstünlüyü tərkibində Omega -3 və E vitamininin yüksək olmasıdır. Qoz xolesterolu azaldacaq və bağırsaq mikroflorasını yaxşılaşdıracaq. O, həmçinin diqqəti, yaddaşı və performansı artırır.
Z.BƏŞİRQIZI, “Xalq qəzeti”