Dietoloqlar bildirirlər ki, meyvə və tərəvəzlərin bəzilərini qabıqla yemək daha faydalıdır.
Badımcan qabığında qocalma prosesini ləngidən, dərinin sağlamlığına və görünüşünə müsbət təsir göstərən güclü antioksidant olan nasunin var.
Kartof qabığının tərkibi faydalı vitamin və minerallarla zəngindir. Buna görə də kartofu daha tez-tez sobada bişirmək və ya qaynatmaq məsləhətdir.
Xiyar qabığı immunitet sistemini stimullaşdıran və həzm sisteminin səmərəliliyini artıran lif və antioksidantlarla zəngindir.
Alma qabığındakı maddələr isə xərçəng əleyhinə təsirlidir.
Z.BƏŞİRQIZI, “Xalq qəzeti”