Açıq havada öskürmək faydalıdır

post-img

Pediatrların fikrincə, evdə öskür­məyən uşağın gəzinti zamanı öskürmə­sini müsbət hal kimi dəyərləndirmək olar. Belə ki, öskürək soyuq havanın bədənə daxil olması, burun və ya ağız­la nəfəs alması zamanı baş verir. Bu yuxarı tənəffüs yollarında seliyin nəm­ləndirilməsinə kömək edir.

Sərin hava tənəffüs edildikdə, ağciyər­lərə yerləşmiş selik nəmlənir, bundan son­ra uşaqlar öskürməyə başlayır.

Məhz belə öskürək refleksi uşaqla­rın sağlamlığı üçün faydalıdır. Çünki bu vəziyyət ağciyərlərin yığılmış selikdən təmizlənməsini təmin edir. Əsas odur ki, öskürən uşağı dərhal küçədən evə apar­mamalısınız, ona boğazını təmizləmək üçün imkan vermək lazımdır.

Fakt budur ki, havada nəmlənmiş selik şişir, ağciyərlərdə onun həcmi artır. Körpəni çox tez isti otağa köçürmək onun vəziyyətini daha da pisləşdirə bilər, çünki nəfəs alması çətinləşəcək.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat