Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı Xətai Rayon İcra Hakimiyyəti ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirib.
Xətai rayon ərazisində keçirilən aksiyada “Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru Vasif Abbasov, icraçı direktor Zaur Nəhmətov, Xətai rayon icra hakimiyyəti başçısının müavini Etibar Əhmədov və qurumun digər əməkdaşları iştirak ediblər.
Aksiyanın əsas məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.
“Xalq qəzeti”

