Göygöl rayonunda hər ağacın, hər kolun qayğısını çəkirlər…

post-img

Siz bu yaşıllıqlara, ağaclara, kollara, çəmənliklərə bir baxın. Gözəl deyilmi?

Bəri başdan deyim ki, çoxunun dü­şündüyü kimi, xarici ölkə mənzərələri deyil, Göygöl rayonunda çəkilmiş şəkil­lərdir. Bilirsiniz niyə göz oxşayır, hamısı bir ölçüdə-biçidədir? Çünki bu rayonda yaşıllıqlara xüsusi aqrotexniki qulluq var. 

“Göygölün özü necədirsə, onun adı­nı daşıyan rayonun yaşıllığı da o cür ol­malıdır...”.

Rayon icra hakimiyyətinin başçısı Elvin Paşayevin hələ Göygöl ictimaiyyə­ti ilə yaxından tanış olduğu ilk günlərdə tez-tez dediyi bu sözlər sanki ayrı-ay­rı təsərrüfat rəhbərlərini, bu işə məsul şəxsləri bir növ səfərbərliyə aldı. Xüsu­silə aqrotexniki qulluğun müasir, daha səmərəli forma və üsullarının ön plana çəkilməsi özünü büruzə verdi və nəticə də göz qabağındadır.

–Bilirsiniz, yaşıllıq çox yerdə var, lakin hamısı eyni deyil, – deyə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Elməddin Əhmədov söhbət zamanı ona qulluğun nə qədər vacib olduğunu bildir­di, – gərək hər bir ağacın, kolun başına pərvanə kimi dolanasan, onlara xüsusi forma verəsən, hər gün nəzarət edəsən, suvarasan. Yoxsa “mən yaşıllığı se­virəm” deməklə məsələ bitmir. Elə gün olmaz ki, Elvin müəllim yaşıllıqlarla, on­lara aqrotexniki qaydada qulluq göstəril­məsi ilə maraqlanmasın. Özü də gözəl zövqü var... 

Qeyd edək ki, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfin­dən rayonun istirahət guşələrində bitki mühafizə tədbirləri aparılıb. Mərkəzin bitki mühafizəsi və fumiqasiya xidməti­nin əməkdaşları yaşıllıqlara bioorqanik yemləmə gübrəsi, xəstəlik və zərərve­ricilərə qarşı müxtəlif növ pestisidləri tətbiq ediblər. Xüsusi çiləyici texnika və aqreqatlardan istifadə olunmaqla hə­mişəyaşıl və dekorativ ağaclara aqro­texniki qulluq tətbiqləri aparılıb. Özü də bu iş artıq rayonda elə bir sistem şəklinə salınıb ki, artıq heç kəs təbiətin qorun­masına, yaşıllıqların artırılmasına və ona qulluq göstərilməsinə laqeyd deyil. Novruz bayramı ərəfəsində Yeni Zod kəndinin ətrafında ağacəkmə aksiyası keçirmək barədə təşəbbüs irəli sürülən­də, az qala, bütün kənd camaatı o təd­birə axışmışdı.

…Göygöl rayonu qısa vaxt ərzin­də öz görkəmini çox dəyişib. Hər bir istirahət guşəsi, park və xiyabanlar öz gözəlliyi və orijinallığı ilə bura gələnlərin diqqətini cəlb edir. Bu kiçik yazıda həmin gözəlliyi sözlə və şəkillərlə göstərməyə çalışdıq.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat