“Ömür bir dəfə yaşanır” şeirlər kitabı Çin dilində

post-img

Aprelin 17-də Pekində “Ömür bir dəfə yaşanır” şeirlər kitabının Çin dilində nəşrinin təqdimatı olub. 

Təqdimat Heydər Əliyev Fondunun, Çin Xarici Dillər Nəşriyyatı Administrasi­yasının və Azərbaycanın Çindəki səfirliyi­nin birgə təşkilatçılığı ilə keçirilib. 

Çin Xarici Dillər Nəşriyyatı Administ­rasiyasının baş redaktorunun müavini xanım Çen Şiya bu nəşrin Çin ilə Azər­baycan arasında humanitar sahələrdə əməkdaşlığın gözəl nümunəsi kimi dəyər­ləndirib. 

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı mədəni-humanitar layihələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdır­dığını, ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirdiyini deyib. O, nəşrin oxu­culara Azərbaycan mədəniyyəti haqqında məlumat əldə etməyə imkan verəcəyini, gələcəkdə bu istiqamətdə yeni layihələrin icrasına yol açacağına əminliyini bildirib. 

Qeyd edək ki, “Ömür bir dəfə yaşanır” nəşrinin müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. 

Çin Yazıçılar Birliyi poeziya şurasının sədri, tanınmış şair Cidi Macia çıxışında bildirib ki, Leyla Əliyevanın poeziyası li­rikdir, eyni zamanda dərin fəlsəfi məna daşıyır. Onun şeirlərini oxuyarkən müxtə­lif dövrlərdə yaşamış şairlərin yaratdığı lirik ənənələrin müasir zamanımıza necə axıcı bir şəkildə süzülüb gəldiyinin şahidi oluruq. 

Fondun dəstəyi ilə nəşr edilən kitabın ilk simvolik nüsxəsi Azərbaycanın mədə­niyyət nazirinin müavini Murad Hüseyno­va təqdim olunub.

Sonra Pekin Xarici Dillər Universiteti­nin Azərbaycan dili ixtisası üzrə məzun­ları Leyla Əliyevanın şeirlərini Çin dilində səsləndirib.

Qeyd edək ki, Heydər Əliyev Fondu ilk dəfədir azərbaycanlı şair və ədiblərinin kitablarının Çin dilində tərcüməsini edib. 

Heydər Əliyev Fondunun icraçı di­rektoru Anar Ələkbərovun Çin Xarici Dil­lər Nəşriyyatı Administrasiyasının baş redaktorunun müavini xanım Çen Şiya ilə keçirilən görüşündə gələcəkdə digər Azərbaycan şair və ədiblərinin əsərlərinin Çin dilinə tərcümə edilməsi ilə bağlı mü­zakirələr aparılıb.



Sosial həyat