Naxçıvanda respublika yubiley konfransı

post-img

AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika konfransı keçirilib.

İştirakçılar əvvəlcə Naxçıvan şəhə­rindəki Heydər Əliyev Muzeyində dün­ya şöhrətli siyasətçi və dövlət xadiminin xalqımıza xidmətdə keçmiş həyatını, geniş ictimai-siyasi fəaliyyətini əks et­dirən eksponatlarla tanış olublar. Son­ra AMEA Naxçıvan Bölməsində təşkil olunan “Ümummilli lider Heydər Əliyev – 100” mövzusunda sərgiyə baxış olub.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfrans­da “Azərbaycanla adı qoşa çəkilən ümummilli lider” mövzusunda məruzə edib. Alim bildirib ki, nadir tarixi şəx­siyyət Heydər Əliyevin parlaq obrazı dünyanın ən tanınmış siyasi xadimləri sırasında bənzərsizliyi və mükəmməl­liyi ilə seçilir. Təsadüfi deyil ki, dünya siyasətində həlledici rol oynamış dövlət xadimləri Azərbaycan liderinin dərin zə­kasına, universal idarəçilik bacarığına, öz xalqının taleyində oynadığı misilsiz rola heyranlıqlarını bildiriblər. Akade­mik bəzi dövlət xadimlərinin bu dahi şəxsiyyət barədə söylədikləri fikirlərdən sitatlar gətirərək qeyd edib ki, ölkəmizin dünya siyasət meydanında tanınması dahi rəhbərin yorulmaz və uzaqgörən fəaliyyətinin nəticəsidir. 

Konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direkto­ru, tarix elmləri doktoru Eynulla Mədət­linin “Ümummilli lider Heydər Əliyevin bir millət – iki dövlət düsturu Azərbay­can – Türkiyə birliyinin yol xəritəsidir”, Naxçıvan Dövlət Universitetinin rekto­ru, dosent Elbrus İsayevin “Ümummilli lider Heydər Əliyevin İpək yolu strate­giyası və Azərbaycan”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Ümum­milli lider Heydər Əliyev və Türk dün­yası”, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Heydər Əliyevin milli irsimizin tədqiqinə qayğısı” mövzuların­da çıxışları dinlənilib. 

Sonra konfrans öz işini bölmə iclas­ları üzrə davam etdirib.

 

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”

Naxçıvan

Son xəbərlər