Qarğıdalı saçağı möcüzədir

post-img

Qarğıdalı hamının sevdiyi bitki növüdür. Qoxusu və dadı ilə hər kə­sin ağız dadına uyğundur. Xüsusilə yay aylarında qaynadılmış qarğıdalı çox yeyilir, həmçinin konserv kimi salatlarda da istifadə edilir.

Qarğıdalı əsrlər boyu Çin təbabətin­də müalicə məqsədilə istifadə olunub. Çoxumuz qarğıdalı saçaqlarını ayıra­raq zibil qutusuna atırıq. Bilmirik ki, bu saçaqlar xəstəliklərlə mübarizədə çox güclü təsirə malikdir.

Qarğıdalı saçaqlarını dəmləyib iç­mək böyrək üçün çox xeyirdir. Bunun­la immuniteti gücləndirmək, orqanizmi xəstəliklərdən qorumaq mümkündür.

Eyni zamanda, həzm sisteminin ni­zamlı işləməsinə kömək edir. Bağırsaq­ları işlədən bu çay qəbizlik problemini də aradan qaldırır.

Qarğıdalı çayı, revmatizm və sümük xəstəliklərinə də yaxşı təsir göstərir. Sakitləşdirici təsiri ilə bədəni stressdən azad edir. Qarğıdalı saçağında çoxlu C və K vitaminləri var. Zəngin kalium və antioksidant mənbəyidir.

Dəri və ürək xəstəliklərinin müali­cəsində istifadə edilir. Sızanaq və qara nöqtələrin yaranmasının qarşısını alır. Yaxşı nəticə əldə etmək üçün qarğıda­lı saçağı qaynadılıb suyu soyuducuya qoyulur. Vaxtaşırı dəri onunla masaj edilir. Həmçinin saçı nəm saxlayır və qırılmasının qarşısını alır, tökülməsi­ni dayandırır. Bunun üçün həmin çayı saça çəkib bir müddət saxlamaq lazım­dır.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat