Bacarmırsan? – “Yox!” de!

post-img

İnsanlar bəzi hallarda bizdən çox da ciddi olmayan tələbi pozmağımızı xahiş edirlər. Məsələn, rəsmi mövqeyimizdən istifadə etmək, yollarda sürət həddini aşmaq və s. Unutmayın, qaydaları və qanunları pozmaq həmişə ciddidir və buna görə də “yox!” deməlisiniz.

Bu kateqoriyaya, həm də sizin ix­tisas sahənizə aid olmayan sorğular daxildir. Bu işdə nə edə biləcəyinə əmin deyilsən? Elə isə “Yox!”– deməkdən çəkinməyin.

Bəzən insanlar bizdən müəyyən hisslər, davranışlar gözləyirlər. Ancaq bu hissləri yaşamırsınızsa, qəti şəkildə “yox!” demək düzgün olacaq. Lazım gələrsə, imtinanızın səbəblərini açıq şəkildə izah edin. Sağlamlığınıza təh­lükə yarada biləcək müraciətlər də ca­vabsız qalmalıdır.

Bundan əlavə, heç kimin etik inan­cınızı pozmasına icazə verməyin. Tu­taq ki, siz manipulyasiyaya, yalan da­nışmağa, qeyri-etik davranışa, oyun qaydalarını pozmağa, istər biznes ol­sun, istərsə də münasibətlərə qarşısı­nız, amma sizdən bunları etmək tələb olunur.

“Yox!”– deyin və reaksiya barədə düşünməyin.

Siz “yox!” dedikdən sonra insanların nə düşündüyü sizi narahat etməməlidir.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat