Acın imanı olmaz...

post-img

Amerikalı alimlər insan orqanizmində olan mikrobların əhval-ruhiyyəyə təsir etmək qabiliyyətini, əsasən də aqressiya yaradan səbəbi aşkar ediblər. Öyrəniblər ki, ac olduqda aqressivliyi yaradan Clostridium perfringens bakteriyasıdır. Aqressiya növlərinə görə beş yerə bölünür:

1. Fiziki aqressiya–fiziki təsir göstərməklə;

2. Dolayısı aqressiya–gizli yolla konkret şəxsə yönləndirilməyən;

3. Qıcıqlanma– xarici qıcıqlandırıcı­lara qarşı yüksək həssaslıq, sərt emo­sional reaksiya;

4. Şifahi (verbal) aqressiya–neqativ hisslərin söz üsulu ilə büruzə verilməsi;

5. Neqativizm – qoyulmuş qaydala­ra qarşı passiv və ya aktiv əks- reak­siya.

Torpaqda yaşayan çubuqşəkilli bakteriya olan Clostridium perfringen qida maddələri olmadıqda insanı qıcıq­landıran zərərli toksinlər istehsal edir. Həmin toksinlər əsəb sistemini oyadır və bu zaman insan həddindən artıq aq­ressivlik nümayiş etdirir. Bununla belə, elm adamları apardıqları tədqiqatlarla prosesi ləngitməyi öyrəniblər. Bu kəş­fin antibiotiklərsiz heyvanlar və insanlar üçün yeni müalicə üsullarının tapılma­sına kömək etdiyi güman edilir.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat