Bu gün hava necə olacaq?

post-img

Aprelin 16-da

Bakıda və Abşeron yarımada­sında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Gecə 10-12°, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordu­bad, Sədərək, Şahbuz və Şərur ra­yonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi rayon­larda arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 4-9°, gündüz 17-22° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xo­cavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman ola­caq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 2-7°, gündüz 9-14° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəl­bəcər, Qubadlı, Laçın, Zəngilan rayon­larında əsasən yağmursuz keçəcək. La­kin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi rayonlarda ara­bir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2-7°, gündüz 9-14° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 6-10°, gündüz 17-22° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingə­çevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi rayonlarda arabir du­man olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 5-9°, gündüz 17-22°, dağlarda gecə 0-5°, gün­düz 5-10° isti olacaq. 

Yevlax, Göyçay, Ağdaş, Kür­dəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçə­cək. Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi əsə­cək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 8-13°, gündüz 17-22° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkə­ran, Astara, Cəlilabad rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gün­düz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 8-12°, gündüz 17-22°, dağlarda gecə 7-9°, gündüz 10-15° isti olacaq. 

 

Ekologiya