Həyat texnologiya relsində...

post-img

Texnologiya hər gün sürətlə inkişaf edir. Bəzi insanlar texnologiyaya çox əhəmiyyət verməsə də, digərləri ən son texnoloji xəbərləri daim izləyir və ondan yüksək səviyyədə yararlanırlar. Artıq texnoloji yeniliklərdən, demək olar ki, həyatımızın hər sahəsində istifadə edirik. Bəs texnologiya həyatımıza necə təsir göstərir? Gəlin birlikdə texnologiyanın gündəlik həyatımıza təsirini araşdıraq.

Ünsiyyət. Pandemiya dövrü bizi texnologiyaya daha da yaxınlaşdır­dı. Uzaqda olan ailəmiz, dostlarımız və sevdiklərimizlə “Zoom” və müxtəlif proqramlar vasitəsilə asan və sağlam şəkildə ünsiyyət saxlaya bilirik. 

Təhlükəsizlik. Bu gün gündəlik iş­lərimizin çox hissəsini internet vasitə­silə edirik, onlayn alış-verişlər, onlayn ödəmələr və s. kimi. Texnologiya isə bizə onlayn hərəkətlərimizi qorumağa kömək edir. Parol menecerləri, VPN xidmətləri, antivirus proqramları və s. məlumatlarımızı təhlükəsiz saxlamağa kömək edən əla texnologiyalardır.

Alış-veriş. Alış-veriş etmək üçün artıq evdən çıxmağımıza ehtiyac yox­dur. Çoxumuzun planşet, noutbuk və ya smartfonu olduğu üçün istədiyimiz hər şeyi virtual mağazalardan ala bili­rik. 

Məlumat əldə etmək. Bu gün han­sısa məlumatı öyrənmək çox asandır. Əvvəllər bir mövzu haqqında daha çox öyrənmək üçün kitabxanaya getməli olurduq. İndi isə texnologiyanın inkişafı sayəsində təsəvvür edə bildiyimiz hər şey haqqında məlumatı olan yüz min­lərlə vebsayt var. 

Sosial həyat. Həyatımızdakı di­gər mühüm dəyişiklik sosial medianın tətbiqidir. Artıq “Snapchat”, “TikTok”, “İnstagram” və digər sosial şəbəkə platformaları bizə dostlarımızın və ya milyonlarla izləyicisi olan məşhurların həyatı haqqında real vaxt ərzində asan məlumat almağa imkan verir. 

İş. 2020-ci il bir çox mənfi səbəblərə görə yaddaşımızdan silinməyəcək, la­kin ən müsbət cəhətlərindən biri evdən işləməyin geniş şəkildə qəbul edilmə­si oldu. Artıq mütləq işə gedib-gəlmək yoxdur. Texnoloji inkişaflar sayəsində daha çevik iş saatları, daha çox ətraf mühitə təsir, istədiyiniz yerdə işləmək yenidən mümkün oldu. 

Sağlamlıq. Texnologiya sayəsin­də artıq sağlamlığımıza nəzarət edən cihazlar var. Ən yaxşı nümunə kimi, “Apple Watch” hazırda dünyada ən çox istifadə edilən ağıllı saatdır. Onun va­sitəsilə indi ürək döyüntülərimizi və qan təzyiqimizi izləyə bilirik, yuxu rejimimizə, hərəkət zamanımıza nəzarət edirik. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Sosial həyat