Türkiyənin “İMECE” peyki kosmosa göndərilib

post-img

Bu il aprelin 15-də Türkiyə vaxtilə saat 09:47 radələrində Amerikanın Vandenberq kosmodromundan Yerin məsafədən zondlanması üçün “İMECE” peyki kosmosa göndərilib. Bu peyk Türkiyənin Kosmik Texnologiyalar Tədqiqat İnstitutunun (TÜBİTAK UZAY) mütəxəssisləri tərəfindən yaradılıb.

Qeyd edək ki, “SpaceX” şirkəti pey­kin buraxılmasını əlverişsiz hava şəraiti səbəbindən bir neçə dəfə təxirə salıb. TÜBİTAK UZAY mərkəzində peykin bu­raxılması prosesini Türkiyənin milli mü­dafiə naziri Hulusi Akar, mərkəzin sədri Həsən Mandar və başqaları müşahidə ediblər.

Peykin çəkisi 680 kiloqram, istismar müddəti 5 ildir. Bu peyk planetin istənilən nöqtəsində yüksəkkeyfiyyətli (ayırdetmə qabiliyyəti 1 metrə qədər olan) təsvirlər almağa imkan verəcək.

“İMECE” peykinin imkanları hədəflə­rin aşkar edilməsindən və təbii fəlakətlə­rin nəticələrinin aradan qaldırılmasından başlamış aqrar sektorun inkişafına sər­mayə qoyulmasına qədər geniş spektri əhatə edir. “SpaceX” şirkətinin daşıyıcı raketi Türkiyənin daha 3 peykini orbitə çıxaracaq: KILIÇSAT, PLAN-S və CON­NECTA T2.1. Gələcəkdə belə peykləri ixrac etmək də planlaşdırılır.

“Xalq qəzeti”

Son xəbərlər