Ulu öndər gürcü xalqının da sevimlisidir

post-img

Müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev təkcə Azərbaycan xalqı üçün deyil, gürcü xalqı üçün də çox böyük işlər görüb.

Bu sözləri Gürcüstan parlamentinin deputatı Zaur Darğallı Tbilisidə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda keçirilən konfransdakı çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Heydər Əliyevin Azərbaycan dövlətini yenidən qurması, milli-mənəvi dəyərləri inkişaf etdirməsi Gürcüstanda yaşayan azərbaycanlıların da öz milli-mənəvi, dini dəyərlərinə sahib çıxmalarına və inkişafına səbəb olub.

Deputat deyib ki, Prezident İlham Əliyev ümummilli liderin siyasi kursu­nu uğurla davam etdirir. Azərbaycan Prezidenti işğaldan azad olunmuş əra­zilərə səfər edərkən erməni vandalları tərəfindən dağıdılmış dini, mədəni, ta­rixi abidələri ziyarət edir, onların bər­pası üçün mühüm işlər görür. Bu, bir daha sübut edir ki, Azərbaycan dövləti dini etiqadımızın, tarixi abidələrimizin, bir sözlə milli-mənəvi dəyərimizin qo­runmasına və inkişafına xüsusi diqqət yetirir.

AZƏRTAC

Sosial həyat