Düz 111 il əvvəl aprelin 14-də gözlənilmədən nəhəng aysberqlə toqquşan “Titanik” gəmisi Atlantik okeanın dibinə enib. Bu ağır qəza dünyada dəniz sərnişin daşımaları tarixində ən böyük faciələrdən biridir.
Qəza zamanı göyərtədə olan 2224 sərnişin və ekipaj üzvündən 1513-ü həlak olub.
1909-cu il martın 31-də Şimali İrlandiyanın paytaxtı olan Belfastda inşasına başlanılmış “Titanik” öz dövrünün ən nəhəng sərnişin gəmisi idi. 66 min ton ağırlığında olan bu gəmi 1911-ci ilin mayın 31-də istismara verilmişdi.
Gəmi ilk və son səfərinə isə 1912-ci il aprelin 10-da yola düşüb. Gəmi 4 gün sonra gecə 23:40 radələrində, Atlantik okeanının şimal hissəsindəki aysberqə toqquşub və 2 saat 40 dəqiqədən sonra isə tamamilə suyun dibinə çöküb.
Bu hadisə haqqında dəfələrlə kitablar yazılıb, filmlər çəkilib.
Bu filmlərdən biri də məşhur rejissor Ceyms Kemeronun 1997-ci ildə ərsəyə gətirdiyi məşhur “Titanik” filmidir. Kinematoqrafiya tarixinin ən gəlirli və unudulmaz filmlərindən olan “Titanik” filmi çəkildiyi ildən bu günədək 11 Oskar mükafatına layiq görülüb.
Real hadisə əsasında çəkilmiş bu əfsanəvi filmdə “Titanik”in səyahətə başlayıb batmasına qədər davam edən günlər təsvir edilib.
Leyla HADİ, tələbə-jurnalist