ABŞ süni intellekt sahəsinə qaydalar qoymağa hazırlaşır

post-img

ABŞ Milli Telekommunikasiya və İnformasiya İdarəsi süni intellekt sistemləri üçün qaydalar müəyyən etməyə başlayıb. Rəsmilər süni intellekt yaradıcılarını məsuliyyətə cəlb edən mümkün qaydalar barədə ictimaiyyətdən yardım istəyiblər. Xəbəri “cnn.com” saytı verib.

ABŞ vətəndaşları iyunun 10-dək öz fikirlərini sosial şəbəkələrdə “etibarlı süni intellekt” etiketi ilə bildirəcəklər. Əsasən təhlükəsiz süni intellekt üçün təşviqlər, sistemləri qiymətləndirmək üçün test üsulları kimi fikirlər önəmli olacaq. 

ABŞ rəsmiləri “ChatGPT” kimi çat­botlarda qayda yaratmağı vacib hesab edirlər. Süni intellektin zərər vurduğu hadisələrin sayının getdikcə artdığı qeyd edilir. Qaydaların nəinki bu hadisələrin təkrarlanmasının qarşısını alacağı, həm də təhlükələrdən yaranan riskləri mini­muma endirəcəyi düşünülür.

Qeyd edək ki, “ChatGPT” və oxşar süni intellekt modelləri məlumat sızma­sı və müəllif hüquqlarının pozulması ilə xeyli sayda hadisəyə səbəb olub. İnsan­larda dezinformasiya və zərərli proqram kampaniyaları, dəqiqlik və qərəzlə bağlı əsas narahatlıqlar da var. Tərtibatçılar bu problemləri daha təkmil sistemlərlə həll etsələr də, tədqiqatçılar və texnoloji lider­lər təhlükəsizliyi yaxşılaşdırmaq və etik sualları həll etmək üçün süni intellektin inkişafında fasilələr tələb etmək niyyə­tindədirlər. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Son xəbərlər