Bu günə olan hava proqnozu

post-img

Aprelin 14-də

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış ya­ğacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Gecə 9-13°, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunun­dan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözləni­lir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 4-9° , gündüz 13-18° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy ra­yonlarında bəzi yerlərdə arabir yağıntılı olaca­ğı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayon­larda qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 0-4°, gündüz 5-10° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, Gecə 0-5°, gündüz 7-12° isti, dağlıq ərazilərdə gecə 2°-dək şaxta, gündüz 2°-dək isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxa­cağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək.Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güc­lənəcək. Gecə 4-8°, gündüz 14-19° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir yağıntılı ola­cağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ola­cağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güc­lənəcək. Gecə 3-7°, gündüz 13-18°, dağlarda gecə 0-4°, gündüz 4-8° isti olacaq. 

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Bilə­suvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə in­tensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Gecə 6-11°, gündüz 16-21° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında əsasən yağ­mursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə in­tensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şi­mal-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Gecə 8-12°, gündüz 15-20°, dağ­larda gecə və gündüz 6-9° isti olacaq.

 

Ekologiya