Ötən ay 754 obyekt qeydiyyata alınıb

post-img

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə dövlət nəzarəti mart ayı ərzində də diqqətdə saxlanılıb. 

Xidmətdən verilən məlumata görə, ay ərzində, ümumilikdə, 754 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyya­tına alınıb, 564 texniki sənəd hazırlanıb. Muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 50 daşınmaz əmlak obyektinə ünvan verilib. Həmçinin 93 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 422 arayış verilib. 

Ötən ay xidmətə 158 müraciət qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib. Ay ərzində, həmçinin Şərur, Ba­bək, Ordubad, Culfa və Şahbuz rayonlarının yaşayış məntəqələ­rində vətəndaşlara səyyar xidmət göstərilib.

 

Səbuhi Həsənov,
“Xalq qəzeti” 

Sosial həyat