Dünya şöhrətli oftalmoloqun xatirəsinə ehtiram

post-img

Dünən Ədliyyə Nazirliyində dünya şöhrətli oftalmoloqun 100 illik yubileyi münasibətilə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Kli­nikası tibbi aksiya təşkil edib.

Aksiyanın əvvəlində bildirilib ki, Zərifə Əliyevanın yüksək ixtisaslı tibbi kadrların hazırlanmasında, oftalmoloq-həkimlərin peşəkarlığının artırılmasında rolu danıl­mazdır. Görkəmli alimin göz xəstəliklə­rinin aşkarlanması, müayinə-müalicə və diaqnostikası ilə bağlı sanballı tədqiqat­ları oftalmologiya elminin inkişafına mü­hüm töhfələr verib.

Sonra aksiyada əməkdaşların, ədliy­yə orqanlarında çalışan Vətən müharibə­si iştirakçılarının və onların ailə üzvlərinin klinikanın həkim-oftalmoloqları tərəfin­dən oftalmoloji müayinələri aparılıb, zə­ruri tövsiyələr verilib. 

“Xalq qəzeti”

Sosial həyat