Ümummilli liderin xatirəsinə həsr olunmuş tədbirlər

post-img

İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

İntellektual oyunda nazirliyin strukturlarının və tabeliyindəki qurumların əməkdaşlarından ibarət 31 komanda iştirak edib. Üç mərhələdən ibarət yarışda iştirakçılar müxtəlif mövzularda sualla­ra cavab tapmağa çalışıblar.

***

Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası təşkil olunub.

Aksiya zamanı qəsəbədə Abşeron yarımadasının torpaq-iq­lim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib və onlara aqrotexniki qulluq göstərilib.

***

Tovuz Rayon İcra Hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda intellektual turnir keçirilib.

Əsasən Azərbaycanın tarixi, mədəniyyəti, ümumi dünyagörüşü və ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı suallara cavab axtarılan intellektual turnirdə 20-ə yaxın idarə, müəssisə və təşkilatların komandaları iştirak edib.

“Xalq qəzeti”





Sosial həyat