Müdafiə naziri yeni hərbi hissədə olub

post-img

Azad edilmiş ərazilərə səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni istifadəyə verilən hərbi hissəyə baxış keçirib, burada yaradılan şəraitlə tanış olub.

Nazirə məruzə edilib ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviy­yədə təşkili üçün burada qərargah binası, yataqxana, xidməti otaqlar, tibb məntəqə­si və digər infrastruktur obyektləri tikilib, müasir avadanlıqlarla təchiz olunub. Yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş rabitə qovşağı və server otağı da var.

Yaradılan şəraitlə tanış olan müdafiə naziri qərargah zabitlərinin və komandir heyətinin fərdi bacarıqlarının, eləcə də bölmələri idarəetmə qabiliyyətinin daha da artırılması istiqamətində müvafiq təd­birlərin görülməsi barədə göstərişlər ve­rib.

“Xalq qəzeti”

Son xəbərlər