Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesinə başlamaq üçün bu ölkəyə BMT-nin xüsusi missiyasının göndərilməsini xahiş edib.
Qərbi Azərbaycan İcmasından redaksiyamıza daxil olan müraciətin mətnində daha sonra bildirilir: “Maraqlı tərəf olaraq, biz Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnun təmin edilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsində BMT ilə qarşılıqlı əməkdaşlıq etməyə və bununla da regionda ədalətin, sülhün və təhlükəsizliyin bərqərar edilməsinə yardım etməyə hazırıq”.
“Xalq qəzeti”