Ulu öndər və Azərbaycanın milli intibahı

post-img

Paytaxtın Nəsimi rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi qarşısında Milli Məclis üzvlərinin, ziyalıların və ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilən toplantıda dünya şöhrətli siyasətçi və dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi bir qərinəlik müddət xalqımızın həyatında milli intibah dövrü kimi diqqət mərkəzində olub. 

“Azərbaycanın dövlət müstəqilli­yi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə baş­lanıb.

Yubiley məclisini giriş sözü ilə açan Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu gün ölkəmizdə hüquqi-demokratik dövlət quruculuğunun uğurları hər bir soydaşımızda hədsiz qü­rur doğurmaqla bərabər, müstəqil Azər­baycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin şəxsiyyətinin əzəmətini də dərindən dərk etməyə imkan yaradır, ulu öndərin ideya və əməllərinin həmişə­yaşarlığı həqiqətini bir daha təsdiqləyir. Rayon rəhbəri vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu mil­li inkişaf və ümumi tərəqqi kursunu bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev məharətlə davam etdirir. Qaraba­ğın xilası uğrunda 44 günlük müqəddəs savaşda qazanılmış Zəfər isə dövlətimizi və xalqımızı yeni hədəflərə yönləndirib.

“Heydər Əliyev Azərbaycanı davamlı iqtisadi inkişafa aparan strategiyanın banisidir” mövzusunda çıxış edən Milli Məclisin deputatı, akademik Ziyad Səmə­dzadə unudulmaz rəhbərin liderlik missi­yasını belə ifadə edib: “Çağdaş Azərbay­can tarixinin 34 illlik bir dövrü, bütünlüklə Heydər Əliyevin fenomen şəxsiyyəti və titanik quruculuq fəaliyyəti ilə bağlıdır. Bu baxımdan ulu öndərin həyat yolu öz xalqının tarixi taleyində həlledici rol oyna­maq örnəyidir”.

Ulu öndər Heydər Əliyevin ölkəsinə və xalqına göstərdiyi misilsiz xidmətlə­rin zaman ötdükcə daha dərindən dərk edilən dövlətçilik salnaməsi olduğunu söyləyən Azərbaycan Dillər Universite­tinin rektoru, professor Kamal Abdulla bildirib: “Bu dahi şəxsiyyət nadir siyasi fəhmi, dərin zəkası, hədsiz bacarığı, bən­zərsiz liderliyi, zəngin təcrübəsi ilə Azər­baycanın müstəqilliyinin qazanılmasını və möhkəmləndirilməsini, onun regionun lider dövlətinə çevrilməsini, beynəlxalq birlikdə layiqli yer qazanmasını ən yük­sək səviyyədə təmin etmişdir”.

Heydər Əliyevin neft sənayesinin in­kişafındakı əvəzsiz rolundan danışan Azərbaycan Dövlət Neft və Sənaye Uni­versitetinin rektoru, professor Mustafa Babanlı ulu öndərin iqtisadi strategiyası­nın alternativsizliyini diqqətə çatdırıb: “Bu siyasətin nəticəsidir ki, Azərbaycan 4-cü sənaye inqilabının regional mərkəzinə çevrilmişdir. Bu isə Azərbaycanın möh­kəm iqtisadi təməllər üzərində yüksəldi­yini göstərir, Qafqazın lider dövləti kimi tezliklə inkişaf etmiş ölkələr sırasında yer tutacağına zəmanət verir”.

AMEA Tarix İnstitunun “Əliyevşünas­lıq” şöbəsinin müdiri, professor Ədalət Qasımov isə Heydər Əliyevin həm nadir tarixi şəxsiyyət, həm də parlaq tarix ya­radan lider olduğunu söyləyib: “Bu gün ulu öndərin uca amalları bəşəri dəyəri ilə dünya xalqlarına da fayda gətirir. Buna görə də xalqımızın böyük oğlunun adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır”. 

Məclis ulu öndərin belə bir təliminin ucadan səslənməsi ilə sona çatıb: “Xalq öz müstəqilliyini qorumaq, gələcəyini qur­maq istəyirsə milli-mənəvi dəyərlərinə söykənməlidir. Milli mentaliteti qoruyb-ya­şadan dilimiz, dinimiz, adət-ənənəmizdir”.

T.AYDINOĞLU, “Xalq qəzeti”

Sosial həyat