31 Mart Güney Azərbaycan üçün də faciəli tarixdir

post-img

“31 Mart azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldığı gündür. 1918-ci ilin martında bolşevik-daşnak silahlı dəstələri tərəfindən Azərbaycanın Quzeyində kütləvi qətliamlar, insanlıq əleyhinə cinayətlər törədildi. Bununla bağlı yetərincə faktlar və sənədlər var. Ermənilər həmin vaxt təkcə Azərbaycanın Quzeyində deyil, Güneyində də soyqırımlar, qanlı cinayətlər törədiblər”. Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi qəzetimizə bu açıqlamasının davmında bildirdi:

– O zaman Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Xoy, Urmiya, Səlmas, Qoşaçay bölgələrində ermənilər tərəfindən qətliamlar törədilib. Həmin vaxt əsasən Osmanlıdan qaçıb gələn ermənilər – cilo tayfaları və qismən də Qafqazdan gələn ermənilər yerli er­mənilərlə birləşib Güney Azərbaycan tor­paqlarında çox böyük qırğınlar törətdilər. Bunlar bir xristian erməni dövləti qurmağı planalaşdırırdılar. Ona görə də Xoy, Urmi­ya, Səlmas, Qoşaçayda etnik təmizləmə aparmaq üçün azərbaycanlılara qarşı soyqırmı həyata keçirdilər.

Silahlı quldur ermənilər bu cür qanlı cinayətləri törədərkən ruslardan və fran­sızlardan da dəstək alırdılar. Bəzi mən­bələrdə ermənilərin həmin vaxt Güney Azərbaycanda 100 min, bəzi qaynaq­larda isə 200 mim Azərbaycan türkünü soyqırımına məruz qoyduğu qeyd edilir. Onu da deyim ki, Güney Azərbaycanda həmin hadisələrə “cilolux” adı verilib. Bu gün də Güney Azərbaycanda həmin qanlı olaylar kədərlə xatırlanır.

Quzeydə olduğu kimi, Güneydə də həmin vaxt ermənilərin bu cinayətlərinə son vermək üçün Osmanlıdan yardım gəlib. Yerli xalqın formalaşdırdığı müqa­vimət qüvvəsi Osmanlıdan gələn yar­dımla ermənilərin qanlı əməllərinə son qoyulması üçün hərəkətə keçib. Tezliklə erməni silahlı dəstələri bölgədən çıxarı­lıb. Təbii ki, Osmanlı ordusu yardıma gəl­məsəydi qırğınlar davam edərdi. 

Beləliklə də ermənilərin bölgəni etnik azərbaycanlılardan təmizləmək məqsədli cinayətlərinə son qoyuldu. Lakin, ümumi­likdə, götürəndə deyə bilərik ki, 31 Mart təkcə Quzey azərbaycanlıların deyil, Gü­ney azərbaycanlıların da ermənilər tərə­findən soyqırımına məruz qaldığı gün kimi tarixə düşüb.

 

Hazırladı: Kamal NİKBİN

Sosial həyat