“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”

post-img

Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bayraq Muzeyində “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. 

Məclis iştirakçıları muzeyin foyesində Heydər Əliyev Mərkəzinin təşkil etdiyi ulu öndər Heydər Əliyevin həyat və fəaliyyə­tini əks etdirən foto, rəsm və kitablardan ibarət sərgi ilə tanış olublar. Sonra salon­da ümummilli lider Heydər Əliyevin xa­tirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Ağcabədi Rayon İcra Hakimiyyə­tinin başçıcı Rafil Hüseynov giriş sözündə milli özünüdərk və azərbaycançılıq məf­kurəsinin formalaşmasında dahi liderin əvəzsiz xidmətindən ətraflı söz açıb.

Azərbaycan Dövlət Pedaqoji Universi­tetinin Ağcabədi filialının direktor müavini, dosent Mahir Səlimov məruzəsində ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı­nın taleyində oynadığı misilsiz roldan, onuntitanik siyasi fəaliyyətindən geniş söz açıb. Natiq bildirib ki, müasir, güclü Azərbaycanın qurulmasında, inkişaf et­məsində dahi şəxsiyyətin misilsiz xidmət­ləri qədirbilən Azərbaycan xalqı tərəfindən həmişə yüksək qiymətləndirilib və Vətə­nini sevən hər kəsin yaddaşına ömürlük həkk olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Ko­mitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin müdiri Əlizadə Nəcəfov, ADPU Ağcabədi filialının kafedra müdiri, dosent Vaqif Al­lahverdiyev, şəhər 5 saylı tam orta mək­təbin direktoru Fəridə Allahverdiyeva, Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov Heydər Əliyev ideyala­rının, uzaqgörən siyasətinin uğurlu bəhrə­si olaraq Azərbaycanın Avropa, eləcə də dünya arenasındakı yüksək nüfuzundan və regionda lider dövlət olmasından da­nışıblar. Onlar bildiriblər ki, Azərbaycan xalqının dahi rəhbərə sonsuz sevgisi və dərin ehtiramı əbədi davam edəcək. 

 

Gündüz SEVİNDİK

Sosial həyat