Güney Azərbaycan diasporu fəallarının Brüssel bəyanatı

post-img

–Biz bütün dünya ölkələrindən İran İslam Respublikası rejiminin legitimliyini rədd etməsini, İslam Respublikası rejimi ilə siyasi və iqtisadi əlaqələrini dayandır­masını tələb edirik;

–Biz İranın orta əsr zehniyyətli və şovinist rejiminin nüvə və kütləvi qırğın silahları əldə etmək cəhdlərini pisləyir, bunu təkcə demokratik dünya və qonşu ölkələr üçün deyil, hətta İranda yaşayan xalqların varlığı üçün potensial təhlükə hesab edirik. Ona görə də biz dünya dövlətlərindən İran rejimi ilə razılaşma siyasəti aparmaqdan vaz keçib ciddi qa­baqlayıcı tədbirlər görmələrini tələb edi­rik;

–İran rejimi ölkədə dinc etirazlar za­manı minlərlə günahsız insanı həbs edib, aksiya iştirakçılarına qarşı şiddətli rep­ressiya sərgiləyib. Biz beynəlxalq ictima­iyyətdən və insan haqları təşkilatlarından İranda həbsdə olanların azad edilməsi üçün molla rejiminə qarşı təzyiq göstər­məyi, bu istiqamətdə lazımi addımlar at­mağı tələb edirik;

–İran rejimi davamlı olaraq qonşu ölkələrdə terror aktları törədir və ölkə daxilindəki xarici vətəndaşlara qarşı adam oğurluğu cinayəti və terror aktları həyata keçirir. Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum da bunun ən son nümunələrindən biridir. Biz bütün dünya ölkələrindən bu məsələyə ciddi yanaş­mağı, İran rejiminin əsas hərbi və iqtisadi qolu olan SEPAH-ı terror təşkilatları siya­hısına salmağı tələb edirik. Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH yaxın Şərqdə və hətta dünyada terrorun yayılmasında əsas məsul təşki­latdır;

–Biz İran rejiminin Azərbaycan Res­publikasına qarşı aqressiv ritorikasını və təhdidlərini pisləyir, bütün gücümüzlə Azərbaycan dövlətinin yanında olduğu­muzu bildiririk;

–Biz İran rejiminin rəsmi Moskvanın Ukraynaya qarşı müharibəsinə dəstək verməsini və Rusiyaya hərbi yardımını pisləyir, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik;

–İran rejimi bilərəkdən qadın və qızla­ra qarşı ən qəddar və vəhşi cinayətlərə əl atır, onlara qarşı kimyəvi hücumlar təşkil edir. Biz azad dünyadan İran rejiminin bu orta əsr vəhşiliyinə biganə qalmamasını və etiraz səsini yüksəltməsini istəyirik;

–Biz dünya ölkələrindən İran top­lumunun plüral və çoxmillətli olduğunu qəbul etmələrini, bu ölkə vətəndaşları ilə münasibətlərdə bu məsələni nəzərə almalarını istəyirik. İran coğrafiyası çox­millətli və çoxmədəniyyətli ölkə olduğuna görə burada yaşayan bütün xalqların dil­lərinin rəsmi olmasını tələb edirik. “Tək millət, tək dil, tək vətən” ideologiyasının əleyhinəyik;

–Biz İran rejiminin qeyri-fars millətlə­rin və xüsusilə Azərbaycan, qaşqay, türk­mən, Xorasan və digər türklərin assimil­yasiyası istiqamətində müstəmləkəçilik siyasətini davam etdirməsini pisləyirik;

–İranda müstəmləkəçiliyə məruz qalan xalqların beynəlxalq qanunlar və hüquq çərçivəsində öz müqəddəratlarını təyinetmə tələbləri var. “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı bu gün Cənubi Azər­baycanda, qaşqaylarda, türkmənlərdə ən çox eşidilən və əslində, tələblərimizi ye­kunlaşdıran şüardır. Dünyanın azadlıq­sevər insanlarından biz türklərin qanuni tələblərinə əməl edilməsi uğrunda müba­rizəsinə dəstək vermələrini istəyirik;

–İran rejimi təbiət və ətraf mühitin qatilidir. Bu rejim bütün İranda təbiəti və ətraf mühiti məhv edib. Urmiyə gölünün qəsdən qurudulması Cənubi Azərbay­canda genişmiqyaslı ekoloji fəlakətə çevrilib, on milyonlarla insanın həyatına təhlükə yaradıb, ətrafdakı bütün canlıla­ra və ekologiyaya ciddi ziyan vurur. Biz beynəlxalq ictimaiyyətin Urmiyə gölünü xilas etmək üçün İran rejiminə təcili təz­yiq göstərməsini istəyirik;

–Son etirazlar zamanı Cənubi Azər­baycanda və İranın digər türk bölgələ­rində xüsusilə qaşqay türkləri arasında çox sayda gəncimiz şəhid olub, yüzlərlə insan yaralanıb və minlərlə soydaşımız qanunsuz həbs edilib. Bunların hamısı İranın daxili və xarici müxalifət qüvvələ­ri, media qurumları tərəfindən boykot olunmayıb, geniş şəkildə gündəmə gə­tirilməyib. Biz Azərbaycan türklərinə və İranda yaşayan digər türklərə qarşı belə ayrı-seçkilik siyasətini pisləyir və bunu şiddətlə qınayırıq.

Yaşasın azadlıq və ədalət! Məhv ol­sun orta əsr zehniyyətli İran İslam Res­publikası!

Sosial həyat