Əfqan qaçqınlar ağır durumda

post-img

Tehran rejimi böhrandan çıxış yollarını aramaq, qaçqınların və müxaliflərin hakimiyyətlə münasibətlərini tənzimləmək əvəzinə, özünə oxşar rejimlərlə əlaqələri möhkəmləndirir. Nəticədə xarici siyasətdə də boşluq yaranır. 

İranın Ukraynaya qarşı siyasəti də buna oxşardır, ikili standartlara söykənir. Bu da “güclünün yanında olmaq” meylin­dən irəli gəlir. Əfqanıstana münasibət də belədir. Bir tərəfdən, ölkədən sığınacaq almış əfqanlar gözümçıxdıya salınır, on­lar qeyri-insani davranışlarla üzləşir, digər tərəfdən, “Taliban”la Səudiyyə Ərəbistanı arasındakı nifaq qızışdırılır.

Gələk bir daha əfqan qaçqınlarına və bu şəxslərin başlarına açılan əməl­lərə. Onların günü göy əskiyə bükülüb, hara gəldi atılırlar. Çəkilən videolarda və sənədlərdə bunlardan ətraflı söz açı­lır. Çox qəribədir ki, İranda anadan olan əfqanlar belə, bu ölkədən rəsmi sığınacaq üçün sənəd ala bilmirlər. Onlar haqlı olaraq sual verirlər ki, məgər bura müsəlman ölkəsi deyil, onları niyə bu hüquqdan məhrum ediblər? Üstəlik, əfqan qaçqınlar təh­sil hüququndan da məhrumdurlar.

Bu qadağa bilavasitə aşağılardan gəlib yuxarılar tərəfindən müdafiə olunur. Məsələn, Elmi Tədqiqat və Texnologiya Nazirliyinin beynəlxalq tələbə işləri üzrə baş direktoru Cəfər Rəzzaqi universitetlərin tədris işləri üzrə prorektorlarına yazdığı məktubunda əfqanların ali məktəblərə qəbulunu da­yandırmağa göstəriş verib.

Hazırda minlərlə əfqan İranda zəlil halında saxlanılır. Həbslərdə olanların sayı kifayət qədərdir. “Taliban” hökuməti­nin baş prokuroru Şəmsəddin Şəriəti bu insanların zorla geri qaytarılması barədə müzakirələr aparıb. Məsələnin İrandakı maraqlara uyğun həll ediləcəyi gözlənilir.

 

“Xalq qəzeti”

Son xəbərlər