Kanada SEPAH-ı ölkədən çıxarır

post-img

Kanadada İran İslam Keşikçiləri Ordusuna bağlı olanların ölkədən çıxarılması uğrunda hərəkat başlanıb. Mühafizəkarlar Partiyasının lideri Pyer Pualyevr “İran İnternational”a müsahibəsində bildirib:

–Biz Kanadadan SEPAH-ın çıxarıl­masını təmin edəcəyik. Biz polis, kəşfiy­yat və digər təhlükəsizlik qurumlarının köməyi ilə SEPAH-la əlaqəli insanları müəyyən edərək Kanada torpaqlarından deportasiya olunmalarını təmin edəcəyik. Biz SEPAH-a hər hansı yardımı cinayət hesab edirik. SEPAH agentləri terrorçu­ları dəstəkləyir və Kanada vətəndaşlarını təhdid və təqib edir.

Beləliklə daha bir ölkə SEPAH-ın əl-qolunu yığışdırmaq və ondan canını qurtarmaq niyyətindədir.

Xatırladaq ki, Kanada bundan əvvəl SEPAH-ın komandanı general-mayor Hüseyn Salamiyə sanksiya tətbiq edib. Bu barədə Kanadanın xarici işlər naziri Melani Colinin bəyanatında bildirilib ki, SEPAH-ın Qüds qüvvələrinin komandanı general İsmayıl Qaani də sanksiyaya mə­ruz qalıb. Bundan başqa, sanksiya tətbiq edilənlər arasında İranın əxlaq polisi və onun rəhbəri, eyni zamanda, İranın kəş­fiyyat naziri (ETTELAAT) Seyid İsmayıl Xətib və onun rəhbərlik etdiyi qurum da var.

Ümumilikdə, sanksiyalar 25 fiziki və 9 hüquqi şəxsi əhatə edir.

 

Rəhman GƏNCƏLİ

Son xəbərlər