Əməyinə qiymət insana ruh və güc gətirir

post-img

Xəbər verildiyi kimi, “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova ötən günlərdə dövlət başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Həmkarımız yaradıcı əməyinə verilən yüksək qiymətlə bağlı bildirdi:

– “Respublika Xatirə Kitabı” redak­siyasına başçılıq etmək olduqca məsul və şərəfli bir fəaliyyətdir. Torpaqlarımı­zın müdafiəsi uğrunda canından keç­miş Vətən övladlarının adlarının ölkə­mizin şərəf tarixinə həkk edilməsi yeni nəsillərin vətənpərvərlik tərbiyəsi işin­də qiymətli bir mənbəyə çevrilir. Müzəf­fər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfər Xatirə Kitabının yeni qızıl səhifələrini təşkil edir. Biz bu işi yüksək peşəkarlıqla gerçəkləşdir­məyə çalışırıq.

Mənim dövlət təltifinə layiq görül­məyim ölkə Prezidentinin redaksiya­mızın fəaliyyətinə verdiyi yüksək qiy­mətdir. Vətənimə, xalqıma, dövlətimə sədaqətli xidmətimə görə “Tərəqqi” medalı ilə təltif edilməyimə görə möh­tərəm Prezidentimiz İlham Əliyevə də­rin minnətdarlığımı bildirirəm. Dövlət başçısının bu qiyməti əlavə ruh və güc gətirməklə məni daha səmərəli çalış­mağa həvəsləndirir. Ordumuzun zabiti olan oğlum Ramil Səfərlinin “Rəşadət” ordeni ilə təltif edilməsi isə məni ikiqat sevindirdi, bir ana kimi qürurlandırdı. Bir ailə ilə bağlı bu 2 təltif onu göstə­rir ki, ölkəmizdə Vətən naminə xidmət nəzərdən qaçmır, yüksək qiymətini alır.

Şəhid və itkin düşmüş vətəndaş­larımızın xatirəsini əbədiləşdirmək işini bundan sonra da layiqincə yerinə yetirəcəklərini söyləyən Nə­zakət xanım açıqlamasını bu sözlər­lə bitirdi: “Vətən müharibəsi şəhidləri­nin xatirəsini əbədiləşdirmək üçün də redaksiyamız yorulmadan çalışır. Ulu öndərimiz Heydər Əliyevin təsis etdi­yi Respublika Xatirə Kitabı xalqımızın igid oğullarının adlarını və hünərini əbədiləşdirməklə iftixar ünvanlarımız­dan birinə çevirmişdir”.

Hazırladı: R.TAHİR, “Xalq qəzeti”

Sosial həyat