Sırdəryada soydaşlarımızla görüş

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Sırdərya vilayətindəki diaspor təşkilatında olub, soydaşlarımızla görüşüb.


Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Əzizağa Bayramovla söhbət zamanı milli mədəniyyətimizin Özbəkistanda tanıdılması istiqamətində aparılan işlər, Sırdərya vilayətindəki diaspor təşkilatının fəaliyyəti, əməkdaşlıq məsələləri, habelə gələcək planlar barədə müzakirələr aparılıb. 2023-cü il – “Heydər Əliyev İli” münasibəti ilə keçiriləcək birgə tədbirlər, Azərbaycan incəsənət ustalarının dostluq konsertinin təşkili nəzərdə tutulub. 
Azərbaycanın “Xəzər” telekanalının “Ənənə boğçası” verilişi də Sırdərya vilayətində olub, özbək toy ənənələri və soydaşlarımızın həyatı ilə bağlı verilişlər hazırlayıb.


Qulu KƏNGƏRLİ, 
Daşkənd

Sosial həyat