İslam ölkəsi BMT Qadınlar Komissiyasından niyə kənarlaşdırılıb?

post-img

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında İranın BMT Qadınlar Komissiyasından kənarlaşdırılmasına aydınlıq gətirən məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitə­sindən redaksiyamıza verilən məlu­mata görə, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomati­ya Mərkəzinin təsisçisi və baş direk­toru Reyçel Avrahamın qələmə aldığı “Azərbaycan qadınlarının vəziyyəti İran qadınlarının acınacaqlı vəziyyə­tini işıq illəri ilə qabaqlayır” sərlövhəli məqalədə bildirilib ki, İranda 8 Mart Beynəlxalq Qadınlar Gününə alter­nativ olaraq İslam peyğəmbərinin qızı Fatimənin doğum gününə təsa­düf edən yanvarın 13-nü qeyd edir­lər. Belə ki, Tehran mollalarının nəzə­rində dindar və itaətkar qadın bütün qadınlara örnək olmalıdır. Bununla belə, İslam tarixində özünəməxsus yeri olan şəxs kimi Fatimənin də eh­tiramla yad edildiyi Azərbaycanda 8 Martın beynəlxalq qadınlar günü kimi qeyd edilməsi tarixi ənənədir. Çünki Azərbaycan qadın hüquqlarına gəl­dikdə İranı işıq illəri ilə qabaqlayır.

Yazıda daha sonra qeyd olunub ki, İran İslam Respublikasında 22 yaşlı Məhsa Əmini və saysız-he­sabsız digər qızların hicabı düzgün geyinmədikləri üçün öldürülməsi bu ölkədə kütləvi etiraz hərəkatına sə­bəb olduğu halda, Azərbaycanda qa­dınlar geyim seçimində tam sərbəst­dirlər. Habelə İran parlamentinin cəmi altı faizinin qadınlardan ibarət olması sözügedən ölkənin siyasi gələcəyin­də qadınları söz sahibi olmaqdan məhrum etdiyi halda, Azərbaycan Respublikasının Birinci vitse-prezi­denti və Azərbaycan Milli Məclisinin sədri zərif cinsin nümayəndələridir. Ümumilikdə, Azərbaycan parlamen­tinin 18 faizini qadınlar təşkil edir ki, bu rəqəm qonşu İranla müqayisədə üç dəfə böyükdür.

Məqalədə diqqətə çatdırılıb ki, keçən ilin dekabrında İran BMT-nin Qadınlar Komissiyasından 29 səs çoxluğu ilə kənarlaşdırılıb. Bu, BMT-nin 10 –14 yaşarası qızların nikaha daxil olması, məişət zorakılığından zəif qorunma və qadınlar üçün hüquqi muxtariyyətin olmaması səbəbindən iranlı qadın və qızlara “ikinci dərəcəli vətəndaş kimi” münasibət göstərildi­yinin qeyd olunduğu hesabatın dərc olunmasından sonra baş verib.

Qeyd edilib ki, çoxarvadlılığın, ha­belə sərbəst hərəkət, nikah və mülkiyyət hüquqlarında qadın­lara münasibətdə dis­kriminasiyanın qanu­niləşdirildiyi İrandan fərqli olaraq, Azər­baycanda poliqami­ya qanunla qadağan edilib, sözügedən di­gər məsələlərdə ölkə­mizdə zərif cinsin nü­mayəndələri 1918-ci ildən etibarən kişilərlə bərabər hüquqlardan faydalanırlar. Müəllif bu mənada Azərbay­canın qadın hüquqları baxımından İranı işıq illəri ilə qabaqladığını bir daha vurğulayıb.

Məqalənin sonunda İran qadınla­rının Tehrandakı molla rejiminin zül­mündən qurtulacağına ümid bəslə­diyini bildirən israilli politoloq Cənubi Azərbaycanın istiqlala qovuşacağına və bu qəddar, barbar rejimin insan­lığa qarşı törətdiyi cinayətlərə görə ədalət mühakiməsi qarşısında cavab verəcəyinə dərin inamını ifadə edib.

Hazırladı: T.RÜSTƏMOV, “Xalq qəzeti”

99.jpg

Sosial həyat