Yeni dövrün çağırışları və milli fəaliyyət planı

post-img

Vahid NOVRUZOV, 

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor

Maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılması və kölgə iqtisadiyyatı ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən kompleks tədbirlər beynəlxalq təşkilatlar tərəfindən getdikcə daha yüksək dəyərləndirilir və Azərbaycanın reytinqi durmadan artmaqdadır.

Bununla belə, son illərdə yeni dövrün çağırışları zəminində ölkəmizdə həya­ta keçirilən islahatlar nəticəsində əldə edilən uğurlu nəticələrlə yanaşı, ölkə iqtisadiyyatının inkişafı yolunda bir sıra əngəllər hələ də tam aradan qaldırılma­mışdır. Bunlardan da biri cinayət yolu ilə əmlakın əldə edilməsi və ondan istifadə olunmasıdır. Çox önəmlidir ki, belə hal­ların yolverilməzliyini kəskin və davam­lı olaraq tənqid edən Prezident İlham Əliyevin 2023-cü il 28 fevral tarixli sərən­camı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı” bu istiqamətdə çox mühüm kompleks tədbirlərin real­laşdırılmasını hədəfləyir. Milli Fəaliyyət Planı (MFP) öz əhatəliliyi və təkmilliyi baxımından çox əhəmiyyətli sənəd kimi, cəmiyyətimiz üçün həyati vacib olan bir sıra sahələri özündə ehtiva edir. 

Konseptual olaraq risk əsaslı nəzarət və yüksək səviyyədə əlaqələndirilmiş mübarizə mexanizmlərinin formalaşdırıl­masını zəruri hesab edən MFP-nin əhə­miyyəti “Qısa xülasə” adlı I bölməsində aşağıdakı dörd istiqamətdə dəyərləndi­rilir: Birincisi, ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə səylərin gücləndiril­məsi; ikincisi, bu sahədə müxtəlif iştirak­çılar – məhkəmə və cinayət təqibi orqan­ları, nəzarət orqanları, digər səlahiyyətli qurumlar, habelə özəl sektor arasında əməkdaşlıq imkanlarının artırılması; üçüncüsü, ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə im­kanlarının məhdudlaşdırılması; dördün­cüsü, nəzərdə tutulan tədbirlərin sistemli və əlaqəli şəkildə həyata keçirilməsinə əlverişli şəraitin yaradılması.

Nəzarət orqanlarının öz fəaliyyətini ictimaiyyətin, qeyri-hökumət təşkilatla­rının və özəl sektorun nümayəndələri ilə əlaqəli şəkildə qurmalı olduqları­nın sənəddə konkret vurğulanması da diqqətçəkəndir. Bu mənada cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılma­sına və terrorçuluğun maliyyələşdirilmə­sinə qarşı mübarizə sahəsində ölkədaxili fəaliyyətin koordinasiyasının təmin edil­məsi zərurəti xüsusi vurğulanmışdır. 

Qeyd etmək lazımdır ki, Milli Fəaliy­yət Planında tam düzgün olaraq nəzarət orqanları tərəfindən aparılan yoxlamalar barəsində statistik məlumatların Koor­dinasiya Şurasına təqdim edilməsi, nə­zarət yoxlamaları çərçivəsində öhdəlik daşıyan şəxslər tərəfindən təqdim olu­nan məlumatların yoxlanılması üsulla­rının təkmilləşdirilməsi, qabaqcıl bey­nəlxalq təcrübədə tətbiq edilən yoxlama üsullarının ölkəmizdə tətbiqi imkanları­nın araşdırılması tələb olunur. (8.2.5.2-ci və 8.2.6.1-ci bəndlər).

Bu problemin həlli, bir tərəfdən, döv­lət nəzarət qurumlarının öz aralarında və digər tərəfdən isə dövlət və qeyri – dövlət nəzarəti orqanları arasında qar­şılıqlı əlaqələrinin qaydaya salınması və təkmilləşdirilməsi işini aktuallaşdırır. Fikrimizcə, bu istiqamətdə qeyri-dövlət nəzarətçilərinin dövlət nəzarəti orqanları nümayəndələri ilə birgə fəaliyyət rəftar­larının prinsipləri, habelə yoxlama ma­terialları üzrə məsələlərin razılaşdırılma qaydaları və digər məsələlər öz həllini tapmalıdır.

Beynəlxalq təcrübənin, yaradıcılıqla tətbiqi Azərbaycanda həyata keçirilən iq­tisadi islahatların ayrılmaz hissəsidir və dövlət başçısının tövsiyə və tapşırıqları əsasında uğurla reallaşdırılır. Ümumiy­yətlə, Prezident İlham Əliyevin iqtisadi siyasətində qabaqcıl xarici təcrübədən yararlanmaq və onun Azərbaycan reallı­ğı nəzərə alınmaqla tətbiqinə nail olmaq əsas müddəalardan birini təşkil edir.

Eyni zamanda, beynəlxalq standart­ların Azərbaycanda tətbiqi bizim qarşı­mızda ciddi vəzifələr qoyur. Bunlara bey­nəlxalq standartların tətbiqinin hüquqi və normativ bazasının davamlı olaraq təkmilləşdirilməsi və müntəzəm yenilən­məsi, nəzarət sisteminin, kadrların hazır­lanması və ixtisasartırmasının təkmilləş­dirilməsi, normativ bazasının monitorinqi və beynəlxalq standartların tətbiqinə uyğunlaşdırılması daxildir. Təsadüfi de­yildir ki, MFP-nin prioritet istiqamətləri sırasında beynəlxalq əməkdaşlığın ge­nişləndirilməsi xüsusi vurğulanmışdır. Bu baxımdan səciyyəvidir ki, sənədin “Predikativ cinayətlərin ibtidai araşdırıl­ması zamanı cinayət yolu ilə əldə edil­miş əmlakın effektiv axtarışı, müsadirə edilməsi və aktivlərin bərpası mexa­nizmlərinin yaradılması” adlanan 8.3.2-ci bölməsində paralel maliyyə araşdırması sahəsində qabaqcıl beynəlxalq təcrü­bənin öyrənilməsi və qiymətləndirilməsi nəzərdə tutulur.

MFP-də qarşıya qoyulan çox aktu­al problemlərdən biri də aparılan yox­lamalarla bağlı risk qiymətləndirilməsi sisteminin yaradılması və yoxlamaların risklərin idarə edilməsi əsasında təyin edilməsinin təşkili problemidir. Bu prob­lemin həlli isə müvafiq araşdırmaların və beynəlxalq təcrübənin tətbiqini ön plana çəkir. Fikrimizcə, maliyyə nəzarə­tinin effektivlik meyarlarının hazırlanma­sı və tətbiqi, maliyyə nəzarətində daha geniş əhatəliliyi təmin etmək məqsədilə mütərəqqi seçmə prosedurlarından is­tifadə olunması, nəzarətin keyfiyyətinin yüksəldilməsi və təsirliliyinin artırılması kimi istiqamətlər bu sahədə zəruri və məqsədəuyğun sayıla bilər. Eyni za­manda, Milli Fəaliyyət Planında müva­fiq qurumlara vəzifə olaraq tapşırılmış və konkret icra müddətləri göstərilmiş tədbirlərin reallaşdırılması bu sahədə nəzərəçarpacaq nəticələr əldə etməyə zəmin yaradacaqdır. O cümlədən:

– Aidiyyəti dövlət qurumları, nəzarət orqanları və özəl sektor tərəfindən risk­lərin başa düşülməsi, azaldılması və ya qarşısının alınması məqsədilə səmərəli tədbirlərin həyata keçirilməsi, nəzarət orqanları tərəfindən sahəvi risk qiymət­ləndirilməsi aparılmasının təmin edilmə­si;

 

– Müxtəlif sektorlar üzrə sahəvi risk qiymətləndirilməsi hesabatlarının hazırlanması;

– Sahəvi risk qiymətləndirilməsi nəticələri üzrə məlumatlandırma fəa­liyyətlərinin icrası;

– Sahəvi risk qiymətləndirilməsi əsasında ölkə risk qiymətləndirilmə­sinin yenilənməsi;

– Sahəvi risk qiymətləndirilməsi nəticələrinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilmə­sinə qarşı mübarizə haqqında” Azər­baycan Respublikası Qanununun 20.2-ci maddəsinə uyğun olaraq yara­dılan Koordinasiya Şurasına təqdim edilməsi;

– Nəzarət orqanlarının əməkdaşla­rı üçün sahəvi risklərə uyğun olaraq illik təlim planına əsasən təlimlər ke­çirilməsi;

– Öhdəlik daşıyan şəxslərə, au­ditor xidməti göstərən şəxslərə, dini qurumlara, qeyri-hökumət təşkilatları­na, o cümlədən xarici dövlətlərin qey­ri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayən­dəliklərinə cinayət yolu ilə əldə edil­miş əmlakın leqallaşdırılması və ter­rorçuluğun maliyyələşdirilməsi üzrə tələblərə, ölkə risk qiymətləndirilməsi zamanı aşkar edilmiş zəifliklərə və təhdidlərə dair təlimlər keçilməsi;

– Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terror­çuluğun maliyyələşdirilməsi üzrə risk əsaslı nəzarətin həyata keçirilməsi üçün tənzimləyici və institusional ba­zanın formalaşdırılması;

– Hər bir nəzarət orqanı tərəfindən risk əsaslı yanaşma rəhbər tutularaq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə 3 illik sahəvi nəzarət strategiyasının hazırlanması.

Tam yəqinliklə demək olar ki, yuxa­rıda göstərilən mexanizmlərin işlənib hazırlanması və tətbiqi bütövlükdə maliyyə nəzarətçiləri və o cümlədən auditorların fəaliyyətinin təkmilləşdi­rilməsi baxımından mühüm əhəmiy­yət kəsb edə bilər.

Sənədin diqqətçəkən əsas məqamlarından biri kimi onu qeyd et­mək lazımdır ki, tamamilə haqlı olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması probleminin döv­lət orqanlarının fəaliyyətində olduğu kimi, özəl sektorda da təmin edilməsi məsələsi qarşıya məqsəd qoyulmuş­dur. 

Bununla yanaşı olaraq, Milli Fəa­liyyət Planında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilmə­sinə qarşı mübarizə üçün qanunveri­ciliyin təkmilləşdirilməsi və aşağıdakı koordinasiya mexanizminin yaradıl­ması zəruri hesab edilmişdir. 

– Milli qanunvericiliyin müvafiq beynəlxalq standartların tələblərinə uyğunluğunun qiymətləndirilməsi və milli qanunvericiliyin müvafiq bey­nəlxalq standartların tələblərinə uy­ğunlaşdırılması üzrə təkliflər hazırlan­ması.

– Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması sahəsində effektiv cinayət təqibinin həyata ke­çirilməsi üçün qanunvericilik əsas­larının təkmilləşdirilməsi zərurətinin öyrənilməsi.

– Cinayət işləri üzrə statistik baza­nın qanunvericilik əsaslarının müəy­yən edilməsi.

 

Daha bir mühüm və aktual məsələ kimi Milli Fəaliyyət Planının 8.5.2-ci bəndində nəzərdə tutulmuş: “Hesabına dövlət büdcəsi vəsaitinin daxil olduğu sahibkarlıq subyektlərinin və onların sub-podratçılarının fəaliyyətinin sistematik auditi, şel şirkətlər və onların benefisiar mülkiyyətçilərinin araşdırılması və qa­nunvericilikdə müəyyən edilmiş tədbirlə­rin görülməsi” tədbiri yeni dövrün çağırış­ları və rəqəmsallaşma şəraitində yüksək dəyərləndirilməlidir. Bu baxımdan elekt­ron qaimə-fakturalar üzrə təhlillər apa­raraq hesabına dövlət büdcəsindən və­sait daxil olan sahibkarlıq subyektlərinin müəyyən edilməsi, dövlət büdcəsi vəsa­iti daxil olan sahibkarlıq subyektlərinin maliyyə əməliyyatlarının sistemli təhlili, dövlət büdcəsi vəsaiti daxil olan sahib­karlıq subyektləri üzrə nəzarətin güc­ləndirilməsi, dövlət büdcəsi vəsaiti üzrə sahibkarlıq subyektləri tərəfindən apa­rılan əməliyyatların şəffaflığının təmin edilməsi kimi tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi cinayət yolu ilə əmlak əldə edilməsi istiqamətində ciddi sipər çəkə bilər. Əminik ki, bu, məhz, belə də olacaqdır. 

Şübhə yoxdur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 28 fev­ral 2023-cü ildə imzaladığı sərəncamla təsdiq edilmiş MFP-də mühüm vəzifə kimi qarşıya qoyulan problemlərin həlli ölkəmizdə sosial-iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində forma­laşmasına, iqtisadi-maliyyə fəaliyyətində şəffaflığın tam təmin edilməsinə şərait yaradan ciddi amilə çevriləcəkdir.

Dünya təcrübəsi göstərir ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı ardıcıl və sis­temli mübarizə aparmadan və belə halları ləğv etmədən iqtisadi islahatların həyata keçirilməsi və inkişafın davamlı sürətlən­dirilməsi mümkün olmur. İstər qanunsuz yollarla əldə edilmiş pulların yuyulması, istərsə də onun törədicisi olan korrupsi­ya və kölgə iqtisadiyyatı hər bir ölkənin iqtisadiyyatına böyük ziyan vurmaqla bərabər, əlverişli investisiya mühitinin for­malaşmasına, xarici və daxili mənbələr hesabına investisiyaların cəlb edilmə­sinə, sahibkarlığın inkişafına ciddi əngəl törədir. Eyni zamanda, çirkli pulların yu­yulması (istər ölkə daxilində, istərsə də xaricdə) və korrupsiyanın geniş yayılması ölkənin maliyyə bazarının dayanıqlığını azaldır. Bu baxımdan MFP-da nəzərdə tutulmuş tədbirlər kompleksinin öz bəhrə­sini verəcəyi şübhə doğurmur.

Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyev 2021-ci ilin sentyabr ayında Bakıda keçirilmiş “Şəf­faflıq və audit: yeni dövrün çağırışları: problemlər, vəzifələr” mövzusunda Bey­nəlxalq elmi-praktik konfransın iştirakçı­larına ünvanladığı müraciətdə demişdir:

“Milli inkişaf prioritetləri və postpan­demiya dövrünün çağırışları nəzərə alın­maqla həm dövlət sektorunda, həm də özəl sektorda maliyyə nəzarətinin müa­sirliyi və təsirliliyinin artırılması üzrə bir sıra aktual məsələlər öz həllini gözləyir. Bu səbəbdən bizim üçün yeni strateji mərhələ yüksək şəffaflığa və güclü rəqa­bətə söykənən iqtisadi fəaliyyətin ge­nişlənməsi ilə səciyyəvi olmalıdır. Kon­fransınızda da şəffaflığın artırılması, kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi, maliyyə nəzarətinin mütərəqqi təcrübəyə uyğunlaşdırılmaq­la təsirliliyinin artırılması və digər aktual məsələlərin müzakirəsini təqdirəlayiq hesab edirəm”.

Ölkə auditorları üçün həm şərəf­li, həm də yüksək məsuliyyət doğuran bir haldır ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş Milli Fəa­liyyət Planında digər nəzarət orqanları ilə birlikdə Azərbaycan Respublikasının Auditorlar Palatasına da çox mühüm və­zifələrin icrası həvalə olunmuşdur. 

Ümumiyyətlə, ölkə auditorlarının istər şəffaflığın artırılmasında, korrupsiya və kölgə iqtisadiyyatına qarşı mübarizədə, istərsə də MFP-da nəzərdə tutulmuş vəzifələrin icrası ilə əlaqədar Azərbay­can Prezidentinin göstərişlərinə uyğun olaraq, hazırda Auditorlar Palatasının kollektivi və üzvləri bu mühüm vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək əzmindədirlər ki, bu da dövlət başçısının ölkə auditorlarının fəaliyyətinə verdiyi yüksək dəyərə layiq olmaq zərurətindən irəli gəlir.

Sosial həyat