Ahıllar ağac əkirlər

post-img

Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ziyarət olunub, müəssisənin həyətində ağacəkmə tədbiri keçirilib. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və dəstəyi ilə təşkil olunub.

Ahıllarla görüşən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Od çərşənbəsi mü­nasibətilə onları təbrik ediblər.

Görüşdə ölkəmizdə ahıllarının diqqət və qayğı ilə əhatə olundu­ğu vurğulanıb. Prezident İlham Əliyevin yaşlı, ahıl insanlara xüsusi münasibətinin nəticəsi olaraq bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilmə­si, onlara yönələn sosial ödənişlə­rin artırılması istiqamətində atılan addımlardan bəhs olunub. Son 5 ildə ölkəmizdə minimum pensiya­da 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə, yaşa görə müavinətlərdə 3 dəfə artım olduğu qeyd olunub.

Bildirilib ki, hazırda döv­lət başçısının tapşırığı ilə tənha ahıl vətəndaşlara evlərində sosi­al-məişət xidməti göstərilir, həmçi­nin 200-dən çox ahılın yaşadığı so­sial xidmət müəssisəsində onların yaşayışı, keyfiyyətli sosial xidmət­lərlə təmin olunmaları üçün müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisə üçün 5 mərtəbəli 170 yerlik əlavə korpus da tikilərək is­tifadəyə verilib. Çıxışlarda Heydər Əliyev Fondu tərəfindən Ahıl şəxs­lər üçün sosial xidmət müəssisə­sinin sakinlərinin daim diqqət və qayğı ilə əhatə olunması məqsə­dilə aparılan işlər diqqətə çatdırılıb.

Görüşdən sonra hər iki nazirli­yin nümayəndələri və könüllülərin, habelə ahıl sakinlərin iştirakı ilə müəssisənin həyətində müxtəlif növ ağaclar əkilib. 

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat