Cahit Bağçı: Bu kədərli günümüzdə ilk dəqiqələrdən Azərbaycan dövləti, xalqı yanımızda oldu

post-img

Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra ilk yardım edən ölkə qardaş Azərbaycan olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı jurnalistlərə müsahibəsində deyib.

“Azərbaycan xilasediciləri 22 gündür ki, zəlzələ bölgələrimizdə gecə-gündüz, axtarış-xilasetmə işlərini fasiləsiz aparıblar. Türkiyəyə yollanan ən böyük axtarış–xilasetmə qüvvələri qardaş Azərbaycandan olub və çoxlu sayda vətəndaşımızı binaların altından çıxarıblar. Eyni zamanda səhra xəstəxanalarında müalicə ediblər. Azərbaycan yalnız xilasedicilərlə deyil, texniki təminatla, o cümlədən it, generator, çadır və qızdırıcı kimi bir çox təchizatı da təyyarələrlə zəlzələ bölgələrinə göndərib. Xilasetmə işlərinə böyük töhfə veriblər.

Mən zəlzələ bölgəsində fəaliyyət göstərən bütün qardaşlarımıza təşəkkür edirəm. Biz tarixin müxtəlif dönəmlərində - sevincdə, kədərdə bir-birimizin yanında olmuşuq, bu kədərli günümüzdə də Azərbaycan dövləti, xalqı ilk dəqiqələrdən Türkiyənin yanında oldu”, - deyə səfir qeyd edib.

Sosial həyat