Minasız Qarabağa doğru...

post-img

sos

Tədbirdə Azərbaycan Respublika­sı Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov, Qarabağ iqtisa­di rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istis­na olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi­nin müavini Bəşir Hacıyev, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələ­rarası Mərkəzi Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev, İşçi qrupda təmsil olunan müvafiq dövlət qurum­larının nümayəndələri və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayo­nunda xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonla­rında Azərbaycan Respublikası Prezi­dentinin xüsusi nümayəndəliyinin rəs­miləri iştirak ediblər.

İclasda giriş nitqi ilə çıxış edən Vüqar Süleymanov İkinci Qarabağ müharibə­sindən sonra işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət və özəl qurumları tərəfindən 68 min hektar ərazinin mina və partlamamış hərbi sursatlardan tə­mizləndiyini, 82 mindən artıq partlayıcı qurğunun aşkar edilərək zərərsizləşdi­rildiyini bildirib. Eyni zamanda, Böyük Qayıdış proqramı çərçivəsində Ağdam üzrə strateji əhəmiyyətə malik layihələ­rin minalardan təmizlənməsi və əlaqəli şəkildə bərpa-quruculuq istiqamətində görülən əhəmiyyətli işlər barədə məlu­mat verib. 

İşçi qrupun iclasında, dövlət və özəl strukturlar tərəfindən daxil olmuş müraciətlərə və hökumətin müəyyən etdiyi prioritetlərə uyğun olaraq, işğal­dan azad edilmiş ərazilərdə müvafiq layihələrin icrası məqsədilə nəzərdə tutulmuş ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi barədə mü­zakirələr aparılıb.

İclasda Qarabağ iqtisadi rayonu­na daxil olan, işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nü­mayəndəsinin müavini Bəşir Hacıyev çıxış edərək, ölkə Prezidentinin azad edilmiş ərazilərin yenidənqurulması və dayanıqlı məskunlaşmanın təmin edilməsi istiqamətindəki tapşırıqlarına uyğun olaraq, Qarabağda aparılan mi­natəmizləmə fəaliyyəti və sosial-iqtisa­di layihələrdən danışıb. 

Prezident Administrasiyasının xa­rici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi Sultan Hacıyev Əlaqələn­dirmə Qərargahının ötən dövr ərzin­dəki fəaliyyətindən, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmiz­ləmə əməliyyatlarından sonra həyata keçirilən bərpa- quruculuq işlərindən, habelə 2023-cü ildə qarşıda duran və­zifə və öhdəliklərdən söz açıb. 

Sonra işğaldan azad edilmiş əra­zilərdə fəaliyyət göstərən müxtəlif özəl və dövlət qurumlarının əməkdaşları üçün keçirilən təlimlərin əhəmiyyəti, minatəmizləmə sahəsində mövcud re­sursların birgə faydalı istismarına dair müzakirələr aparılıb. 

Ağdam rayonunda keçirilən tədbir çərçivəsində minatəmizləmə fəaliyyə­tinə cəlb olunan qurumların 2023-cü il üzrə hökumət tərəfindən müəyyən edilmiş ərazilərdə icra etdiyi təmizləmə sahələrinə səfərlər edilib, layihələrin ic­rasına baxış keçirilib. 

 

“Xalq qəzeti”



Sosial həyat