Baş icraçı direktor: “Zikhlərə verilən vədlər yerinə yetirilmədi”

post-img

“Yürüdülən diskriminasiya siyasəti nəticəsində yüz minlərlə insan həyatını itirdi, qadınlar zorakılığa məruz qaldı. Unutmayaq ki, bütün bunlar əhalinin 2 faizindən də azını təşkil edən bir azlığa qarşı həyata keçirilirdi”.

XQ xəbər verir ki, bu fikirləri Zikh icmasının baş icraçı direktoru Sidhu Dabinderjit Singh “Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda bildirib.

O, həmçinin yerinə yetirilməyən vədlər barədə danışıb: 

“Mahatma Qandinin 1931-ci ildə zikhlərə verdiyi vədlər, Cəvahirləl Nehrunun verdiyi sözlər heç vaxt yerinə yetirilmədi”.

Nəzrin ELDARQIZI

XQ

Siyasət