“Haykanuş”un hekayəsi: yalanın göz yaşı olmur!

post-img

110 il bundan əvvəl Osmanlı İmperiyasında onun nənəsinin valideynləri (?) dini inanclarına görə öldürülübmüş. Bu barədə “Rossiya 1” telekanalının “İnsanın taleyi” verilişinin efirində danışan Marqarita Simonyan nənəsinin “möcüzə nəticəsində” soyqırımından sağ çıxdığını deyib: “Onlar (nənəsinin valideynləri-red.) xristian olduqlarına görə öldürülən insanlar idi”.

“Dəhşətli faciənin nənəsinin gözləri qarşısında” baş verdiyini ah-nalə ilə, sızıldaya-sızıldaya danışan Marqarita uydurduğu yalana inandırıcılıq donu geyindirmək üçün “timsahın göz yaşları”nı axıtmağı da yaddan çıxarmayıb.

Dini hisslər üzərində “xaltura” məşqi edən hay “axçisi”, həmçinin əlavə edib ki, ailənin mənəvi ənənələrini ona ötürən, dua etməyi öyrədən nənəsi olub. Yəni, onun dediyindən belə qənaət hasil olur ki, nənəsi olmasaydı, ondan düz-əməlli xristian çıxmayacaqmış.

Belə yerdə deyirlər ki, “oğru elə bağırdı ki, doğrunun bağrı çatladı”. Sənin ulu babaların deyildimi Osmanlı ordusunun başının müharibəyə qarışmasından istifadə edib, ona arxadan xaincəsinə zərbələr endirən, müdafiəsiz qalmış dinc əhalini qəddarcasına qətlə yetirən, “böyük Ermənistan” yaratmaq üçün təkcə Türkiyədə deyil, Güney Azərbaycanda, Quzey Azərbaycanda, Naxçıvanda, Zəngəzurda qırğınlar törədən?

Balayanların, kaputikyanların şovinist ideoloji xələfi adlandırılmağa layiq “haykanuş” Simonyan artistlik istedadını birinci dəfə deyildir ki nümayiş etdirir. İlyarım bundan əvvəl Ukrayna mətbuatının yazdığına diqqət yetirin: “Marqarita Simonyan özünün də inana bilməyəcəyi biabırçı yalanlar uydurur. Bundan əlavə, o, peykləri sıradan çıxarmaq və dünyanı rabitə vasitələrindən məhrum etməklə iflic vəziyyətinə salmaq üçün Sibir üzərində termo-nüvə partlayışı törətməyə çağırış edib. Sibir sakinləri faşist təbliğatçının təklifini özlərinə “dərin təhqir” sayaraq ondan üzr istəməsini tələb ediblər. Bu biabırçı olaydan sonra Kreml Simonyanı “inkar edib”, onun bəyanatlarının hakimiyyətin rəsmi mövqeyini əks etdirmədiyini bildirib.

Bu, hələ harasıdır. Moskva Şəhər Dumasının deputatı Yevgeni Stupinin köməkçisi Nikolay Korolyov Rusiya İstintaq Komitəsinə və Daxili İşlər Nazirliyinə Sibirdə nüvə partlayışı təşkil etmək çağırışına görə Marqarita Simonyanın cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə müraciət etmişdi. Xəstə təxəyyüllü “haykanuş” hesab edirmiş ki, bunda “qorxunc bir şey yoxdur” və zərbədən sonra nüvə qışı olmayacaq: “Lakin bütün radioelektronika və peyklər sıradan çıxacaq, ölkə “bir növ 91-ə qayıdacaq”. Axı, o vaxt gözəl yaşayırdıq”.

SSRİ-nin nostaljisini çəkən daşnak millətçisi Simonyanın cavabını Korolyov belə vermişdi: “Bu bəyanatın vəhşiliyini və absurdluğunu qırağa qoysaq belə, bu tip bəyanatlar Rusiya Federasiyasının qanunvericiliyinin pozulmasıdır. İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Marqarita Simonyanın “təşəbbüslərinin” təhlili və onun məsuliyyətə cəlb edilməsi ilə məşğul olmalıdır”.

Üç il bundan əvvəl isə “Rossiya seqodnya” xəbər agentliyinin və RT telekanalının baş redaktoru Marqarita Simonyan Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni qınayan şoumen Maksim Qalkini Vladimir Solovyovun “Rossiya-1” telekanalında yayımlanan verilişinin canlı efirində “gey” adlandırmışdı. Ona Qalkinin sənətçi dostu, Latviyanın Xalq artisti, tanınmış estrada müğənnisi Layma Vaykule tutarlı cavab vermişdi. O, şoumen Maksim Qalkini yaşlı qadınla evlənən “gey” adlandıran jurnalist Marqarita Simonyanın ünvanına sərt ifadələr işlətmişdi.

“Mən Marqarita Simonyanın kim olduğunu təxminən bilirdim. İndi dəqiq bilirəm. Bu insan əxlaq və etikanın heç bir normasına məhəl qoymayan bir məxluqdur və bu andan etibarən onu vicdansız hesab edirəm”. Maksim Qalkin və həyat yoldaşı SSRİ Xalq artisti Alla Puqaçovanı yaxşı tanıdığını vurğulayan Layma Vaykule belə yazmışdı. Tanınmış müğənni Simonyanın hansısa səbəbdən bu xoşbəxt cütlüyə nifrət hissi duyduğunu, onların şərəf və ləyaqətini qəsdən alçaltdığını peşəkar və insani bacarıqsızlığın nümayişi kimi səciyyələndirir və ona maraqlı sual ünvanlayır: “Marqarita, ağlınız yerindədir?”

Məgər ağlı yerində olan məxluq bu cür yalanlara, ağılsızlıqlara, sərsəmləmələrə yol verər? O da hay “axçisi” ola!

İ.HƏSƏNQALA
XQ

Siyasət