Mark ENDEVELD
(əvvəli ötən saylarımızda)
Lö Drian dərd çəkir
Xarici İşlər Nazirliyində Lö Drian əsəbindən dodaqlarını çeynəyir. Onun Makronla münasibətləri prezident beşilliyinin ilk aylarından korlanmağa başlayıb. Nazirin tezliklə istefa verəcəyini, onun ətrafındakılar təsdiq etməsələr də, inkar da etmirlər. Rəsmi olaraq prezident Makronla Xarici işlər naziri Lö Drian çox gözəl münasibətdədirlər. Ancaq Vatikana səfəri zamanı, Makron naziri haqqında yersiz bir zarafat edir: “Bretonlar fransız mafiyasıdırlar...”. Roma Papası Fransuanın, jurnalistlərin və kameraların qarşısında edilən bu şit zarafata, Breton Lö Drian dərhal belə reaksiya verir: “Ola bilər, ancaq bizim heç olmasa əxlaqımız var...”.
Görəsən, bu sözləri deyəndə, xarici işlər naziri prezidenti nəzərdə tuturdu? Hər halda hiss olunur ki, Emmanuel Makronun bu zarafatında Lö Drian gülməli heç nə görmür. Nazirin ətrafındakılar onu könüllü olaraq istefa vermək fikrindən daşındırmaq istəyirlər. Hamısı bir ağızdan deyir ki, gözlə qoy özü (Makron) səni işdən çıxarsın. EDF (Fransa Elektriki) kampaniyasında oturan Sedrik Levandovski uzaqdan da olsa, keçmiş müdirinin qayğısına qalır. Lö Drianın klanı onun dəyərlərini yüksək qiymətləndirir və əmindirlər ki, bir gün Makronun onun qabiliyyətinə ehtiyacı olacaq... Ancaq hələ ki, Yelisey sarayında Makron tez-tez arvadı Brijitin sevimlisi, 2018-ci ilin sentyabrına qədər daxili işlər naziri olan, Jerard Kollombu qəbul edir və onunla təkbətək söhbət edir. O ki qaldı Xarici İşlər Nazirliyinə, oranın da əsas işlərini Yelisey sarayı özü həll edir, özü də prezident aparatında diplomatik korpusa rəhbərlik edən Filip Etiənin əli ilə. Ümumiyyətlə, bu V Respublikada bir ənənədir – xarici ölkələrlə bağlı bütün qərarlar Yelisey sarayında qəbul edilir. Bundan əlavə, Makron xarici dövlət başçıları ilə şəxsi əlaqələr qurmağı daha çox xoşlayır və onlarla tez-tez mesajlaşır. Yəni nə Xarici İşlər Nazirliyi, nə də xarici işlər nazirinin özü, onun üçün o qədər də əhəmiyyət daşımır. Təbii ki, belə bir şəraitdə xarici işlər nazirinin əli-qolu bağlı qalır – o, sərbəst heç bir qərar qəbul edə bilmir. Bu azmış kimi Makron hansısa bir nazirliklə əlaqə saxlamaq istəyəndə, birbaşa nazirin özünə yox, prezident aparatının diplomatı, general Moris Qurdolt-Montayna müraciət edir. (?) Hətt a hərdən elə də olur ki, nazirlər Yelisey sarayında qəbul olunan qərardan ancaq rəsmi dövlət qəzeti vasitəsilə xəbər tuturlar... (!) halbuki bu qərarı onlara şəxsən prezident özü çatdırmalıdır...
Afrika əlaqələri
Paris böyük bir kənddir – burda hamı-hamını tanıyır, hamının hamıdan xəbəri var, hamının hamıya haradasa işi düşür. Brijit Makron da bu kənddə gəzməkdən, rəfiqələri ilə nahar etməkdən, yeni-yeni adamlarla tanış olmaqdan ləzzət alır. 2016-cı ildə, bu qadın ərinə prezident seçkilərində kömək etmək üçün böyük fəaliyyətə başlayır. O vaxtlar Brijit Fransua Hollandın frankofoniya üzrə nazir nümayəndəsi, prodüser Yamina Benqiqi ilə bir neçə dəfə nahar edir. Onları Veronik Morali – Fimalac Developpement şirkətinin prezidenti – tanış edib. Bu sonuncunun əri, milyarder Mark Ladret dö Laşarrie, vaxtilə Yamina Benqiqi ilə birlikdə, multikultural cəmiyyəti ekranda daha yaxşı təmsil etmək üçün bir kino şirkəti (Elemiah) yaratmışdı.
Bu iki qadın başqa cür də tanış ola bilərdilər, çünki onların bir neçə ortaq dostları var: məsələn, keçmiş televiziya aparıcısı Bernard Montiel. Bu adam Yamina Benqiqi ilə yaxın dostdur, müntəzəm olaraq onunla bir yerdə istirahətə gedir və kiçik ekranın bir çox nümayəndələri kimi Makron klanına yaxın adamdır. Prodüser Benqiqi, həmçinin Makron dünyasına yenicə qədəm basan, Bestimage foto agentliyinin rəhbəri Mimi Marşand ilə də yaxın rəfiqədir. Onlar birlikdə məşhur kino ulduzu, aktrisa İzabel Adjaninin imicini qoruyurlar. Mimi Marşand başqa bir televiziya jurnalisti, homoseksual Mark-Oliviye Fojiel ilə də dostluq edir.
Afrika haqqında kiçik məsləhət
2016-cı il həm də Brijit Makronun, keçmiş jurnalist Beatris Şönberq ilə tanış olduğu ildir. O vaxt bu sonuncu, telejurnalist və prodüser Emmanuel Şen ilə birlikdə, Brijit Makronun ərinin siyasi yüksəlişindən bəhs edən Emmanuel Makron – bir meteorun strategiyası adlı sənədli filminin üzərində işləyirdi. Rejissor Pier Hürelin çəkdiyi bu film 2016-cı ilin noyabrında “France 3” telekanalında, Emmanuel Makronun prezidentliyə namizədliyinin rəsmi elanından bir neçə gün sonra nümayiş ediləcək. Brijit Makron bu sənədli filmdə uzun-uzadı müsahibə verir. Burda da Paris yenə böyük kəndə bənzəyir: Beatris Şönberqin əri Jan-Lui Borlo, yaratdığı “Afrika üçün Enerji” fondunun prezidentidir. Bu fondun məqsədi Afrika qitəsini elektriklə təmin etməkdir və bu assosiasiyanın vitse-prezidenti də başqası yox, məhz Yamina Benqiqidir.
Ancaq bütün bunlara baxmayaraq, çox adam bu prodüserə bəzən yuxarıdan aşağı baxır. Yamina Benqiqi ona qarşı olan bu münasibəti zarafatla “neokolonializm” adlandırır. Bununla belə, bu qadının Afrikada çox güclü şəbəkəsi var. Uzun müddətdir ki, bu nəhəng iş qadını, dünyanın bir çox siyasət, iqtisadiyyat və mədəniyyət adamları ilə oturub durur. Yamina Lil şəhərində anadan olub. Valideynləri əlcəzairlidir. Atası, vaxtilə Əlcəzair Milli Hərəkatının (MNA) üzvlərindən biri olub. 1980-ci illərin sonunda, televiziyada ilk debütündən sonra Yamina, prezident Fransua Mitteranın həyat yoldaşı Daniell Mitteranla tanış olur və bu tanışlıq onun həyatını tamamilə dəyişir. Çünki on dörd il prezident olan bir adamın İnsan hüquqlarını qorumaqla məşğul olan arvadı, onu əlaqədə olduğu bir çox fransız və xarici diplomatlarla tanış edəcək. 1994- cü ildən başlayaraq Yamina Benqiqi Daniell Mitteranın France Libertés fondunda fəal iştirak edir. Bu fəaliyyəti ona hətta Nelson Mandela ilə görüşməyə belə imkan verir. Afrikadakı əlaqələri sayəsində Yamina bir çox dövlət başçıları ilə görüşür. Bu qadın, həmçinin Konqo-Brazzavilin əvəzolunmaz prezidenti Denis Sassu N’Qesso ilə də dostluq edir.
Prezident seçkilərinə bir neçə ay qalmış, Yamina Brijit Makron ilə görüşəndə, ona uşaqlığını keçirdiyi Pikardi departamentindən, oradakı gənclərin iş tapmaqda çətinliklərindən, həm də Afrika ölkələrinin 21-ci əsrdəki vəziyyətindən söhbət açır. Prodüser gələcək birinci xanıma Əlcəzairdən, onun digər Afrika dövlətləri ilə müqayisədə Fransa üçün mühüm rolundan, eləcə də Mərakeşin Əlcəzairə qarşı yeritdiyi diplomatiyadan söhbət açır. Yamina Afrikada Çinin, Rusiyanın və Amerikanın nüfuzunun artmasından narahatlığını da bildirir. Söhbət əsnasında Yamina gələcək birinci xanıma bu qitədə frankofoniyanın strateji rolunu xatırladır və proqnoz verir ki, 2050-ci ildə Afrikada 850 milyona yaxın insan Fransız dilində danışacaq. Onun danışıqları, Brijit Makronu, sözün əsl mənasında, valeh edir. Çünki Makronlar Afrika haqqında çox az şey bilirlər. Düzdür, 2002-ci ilin əvvəlində Emmanuel Makron ENA (Milli Administrasiya Məktəbi) stajını Fransanın Nigeriyadakı səfirliyində keçirmişdi. Düz altı ay o, səfir Jan-Mark Simonun yanında qalmışdı. Daha sonra Rotşild bankında, franko-beninli iş adamı Lionel Zinzou ilə tanış olmuşdu. Bu adam 2015-ci ildə bir neçə ay Beninin Baş naziri olacaq və sonra prezident seçkilərində uduzacaq.
Yelisey sarayına prezident kimi qədəm basandan az sonra Makron ENA (Milli Administrasiya Məktəbi) məktəbindəki sinif yoldaşlarının üç nəfərini Afrika üçün səfərbər edir: Orelian Leşevalliye, Frank Paris və Jüli-Armand Aniambossu. Beləliklə, Afrika ilə Fransa arasındakı əlaqələri möhkəmləndirməkdən ötəri prezident üç nəfər iş adamı seçir.
Əlcəzair yenidən oyuna girir
Makronun Afrika şəbəkələri zəifdir. Bir çox başqa mövzular kimi Afrika da onun qarşısında ağ bir kağız səhifəsinə bənzəyir. Bu onun həm gücü, həm də zəifl iyidir. Ona görə də Yamina Benqiqi Brijit Makronla görüşdə ona təklif edir ki, əgər istəyirsə, onun ərinin Afrika qitəsində şəbəkələrini genişləndirməyə kömək edə bilər. Makronlar həmişəki kimi bu təklifi nəzakətlə qəbul edir. Əvvəla, onlar prezident seçkilərinə bir neçə ay qalmış özlərinə düşmən qazanmaq istəmirlər. İkincisi də yeni dostlar qazanmaq həmişə xoşdur, xüsusilə əgər bu yeni dostların geniş şəbəkələri varsa. Onların həmişə köməyi dəyə bilər. Brijit Makrondan razılıq alandan sonra Yamina Benqiqi hamıdan gizlin prezidentliyə namizədin Əlcəzairə səfərini hazırlamağa başlayır.
Bu məqsədlə 2016-cı ilin payızında Yamina Jan-Lui Borlo ilə birlikdə “Afrika üçün enerji” fondunun tərkibində iki dəfə Əlcəzairə səfər edir. Birinci dəfə noyabrın 8-də, ikinci dəfə dekabrın 3-də.
Əlcəzairdə Yamina Benqiqi gələcək xarici işlər naziri Abdelkader Messaheli yaxşı tanıyır. O zamanlar bu adam Maqreb, Afrika Birliyi və Ərəb Dövlətləri Liqası üzrə nazir idi. Əvvəllər, “La Republique d’Oran” qəzetində jurnalist kimi fəaliyyətə başlayan Abdelkader Messahel, sonralar Əlcəzairin gizli kəşfi yyat xidmətlərində çalışıb. Butefl ikanın yaxın adamı olan bu nazir Saharanı, xüsusilə də islamçılara qarşı döyüş getdiyi Liviya Saharasını ovcunun içi kimi tanıyır.
(ardı var)